Bakıda restoran və şadlıq saraylarına nəzarət gücləndirildi

Bakıda restoran və şadlıq saraylarına nəzarət gücləndirildi, Javid

200-ə yaxın obyektin üzərində iş gedir

Bakucity.az xəbər verir ki, ətraf mühit üzrə milli monitorinq departamentinin direktoru Ramal Bağırov bildirdi ki, hazırda iaşə obyektlərinin müvafiq qurğularla təmini istiqamətində işlər davam edir. 

Rəsmi bildirib ki, Bakı-Abşeron ərazisində təxminən 90-a yaxın ictimai-iaşə obyektinə  müvafiq qurğu quraşdırılıb: 

“Lakin demək olmaz ki, bütün restoranlar bu qurğuları quraşdırıblar. Bu günə olan məlumat belədir ki, hazırda Bakı-Abşeron ərazisində təxminən 90-a yaxın ictimai-iaşə obyektinə qurğu quraşdırılıb. 200-ə yaxın obyektin üzərində iş gedir. Yəni onların bəzilərinin  müvafiq müqavilələri var, bəziləri isə ilkin işlərə başlayıblar. Deyim ki, bu, uzunçəkən prosesdir. Artıq 150-yə yaxın ictimai-iaşə obyekti heç bir iş görmədiyinə görə, ətraflarından analiz götürmüşük və atmosferə buraxdığı zərərli maddənin normadan artıq olduğunu müəyyənləşdirib, cəriməyə göndərmişik. Onların içərisindən 9-u ümumiyyətlə, bu qurğunu quraşdırmaqda maraqlı deyildi. Hesab edirdilər ki, proses bu formada da davam edəcək. Artıq onlarla da bağlı müvafiq sənədlər toplanılıb, məhkəməyə müraciət olunacaq. Bu restoranların sonunun necə olacağı barədə məhkəmə qərar verəcək. Məhkəməyə verildikdən sonra bu iaşə obyektlərindən 4-ünə qurğu quraşdırılıb. Digər 5 obyektin işi isə hələ də məhkəmədədir. Bundan əlavə 11 ictimai-iaşə obyektinin də sənədlərini məhkəməyə vermək üçün hazırlayırıq. Məhkəməyə verildikdən sonra  ictimai-iaşə obyekti qurğunu quraşdırırsa, yəqin ki, onun fəaliyyətinin dayandırılması barədə qərar verilmir. Çünki tələb edilən qurğunu quraşdırır”. Musavat.com-um məlumatında bildirilir. 

R.Bağırov bildirib ki, monitorinq keçirən zaman görürük ki, atmosferə tullantı atanlar daha çox restoranlardır:

Onu da qeyd edək ki, əldə etdiyimiz məlumata görə, bəhs edilən qurğuların quraşdırılması 20-30 min manata başa gəlir.

Bakucity.az

Restoran
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər