İsrail Bakıya yeni səfir göndərir - FOTO

İsrail Bakıya yeni səfir göndərir - FOTO

İsrail ərəb əsilli şəxsi səfir göndərməklə ilkə imza atıb.

Bakucity.az xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyi Azərbaycana yeni səfir təyin olunduğunu elan edib.

Bu vəzifəyə Corc Dik təyin edilib. O, 2015-ci ilin avqustundan etibarən İsrailin Azərbaycandakı diplomatik missiyasına rəhbərlik edən Dan Stavı əvəzləyəcək.

C.Dik daha əvvəl İsrail Xarici İşlər Nazirliyinin Baş direktoru Yuval Rotemin böyük məsləhətçisi kimi çalışıb. İsrail KİV-nin yazdığına görə, ölkə tarixində ilk dəfə səfir postuna xristian ərəb təyin olunub. Report-un məlumatında qeyd olunur. 

Qeyd edək ki, C.Dik nazirlikdə 2008-ci ildən işə başlayıb, ardından 2009-2012-ci illərdə İsrailin Nigeriyadakı, 2012-2015-ci illərdə isə Norveçdəki missiyasının rəhbərlərinin müavini olub. 

İsrail Bakıya yeni səfir göndərir - FOTO, fotoşəkil-1

Bakucity.az

İsrail
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər