Qaradağda evdə yanğın - Bir nəfər xilas edildi

Qaradağda evdə yanğın - Bir nəfər xilas edildi, Javid

Qaradağda 4 otaqlı ev yanıb.

FHN-dən Bakucity.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 110 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 80 m² sahədə və ona bitişik ümumi sahəsi 300 m² olan ikimərtəbəli 12 otaqlı evin pəncərəsi və dam örtüyü 1 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər xilas olunub. Hər iki evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər