Bakının tatu salonlarında xidmətlər və qiymətlər necədir? - ARAŞDIRMA

Bədəninizə tatu döydürmək istəyirsiniz? Bakıdakı xidmətlər və qiymətləri təqdim edirik

Müasir dövrdə döymə, başqa adıyla tatu ayrıca sənət növünə çevrilərək, getdikcə daha çox insanı, xüsusilə gəncləri cəlb edir. Bakıda da son illərdə tatuya həvəs salanların sayı çoxalıb və paytaxtımızda artıq tatu xidmətləri təklif edən salonlar fəaliyyət göstərir. Bəs bu məkanlarda xidmətlər və qiymətlər necədir? Bakucity.az olaraq oxucularımıza mövzu ilə bağlı apardığımız araşdırmanı təqdim edirik. 

Qızlar tatu üçün getdikcə daha çox müraciət edirlər

"Qızlar da bizə daha tez-tez müraciət etməyə başlayıblar. Sevindirici haldır ki, müştərilər bədii döymə istəyirlər və mən rəssam kimi böyük məmnuniyyətlə belə sifarişlər üzərində işləyirəm", - “Tatoo and Barber Shop” salonunda tatu rəssamı və usta kimi çalışan Şirin Zeynallı bizə açıqlamasında bildirir. 

Tatu ustasının sözlərinə görə, insanlar rəsmi bir neçə seçim əsasında edirlər: bəziləri estetika naminə bədənə rəsm döydürür, digərləri rəsmdə bir məna göstərmək istəyir, amma elə adamlar da var ki,  çapıqlarını gizlətmək istəyirlər.

Tatu üzrə rəssam Vladimir Dyaçenko deyir ki, “Tatoo House Baku” salonuna çoxlu ziyarətçi gəlir. İndi ağ-qara rəsmlər, realizm üslubunda döymələr çox dəbdədir. Çox vaxt başqa döymənin surətini də istəyən olur, amma ustanın fikrincə, bu düzgün deyil. Çünki bu, bir sənətdir, təkrarçılıq olmamalıdır. Getdikcə, rəngli tatulara tələbat artır. Çin və ya yapon heroqlifli tatular isə arxa plana keçir.

İş prosesi nədən ibarətdir?

“Body Art”ın yaradılması prosesi kifayət qədər mürəkkəbdir, bu sənət yaradıcı yanaşma tələb edir. Yerli tatu salonlarının ustaları bizə açıqlamasında bildiriblər ki, proses zamanı əvvəlcə bədənə döyüləcək rəsmin eskizi yaradılır. Şirin Zeynallı vurğulayır ki, şəkil üzərində işləyərkən, əvvəlcədən hər bir detalı müştəri ilə müzakirə etmək lazımdır. Sonra bədəndəki münasib sahə üçün zəruri ölçü seçilir, transfer konturları bədənə yapışdırılır, sonra səliqəylə qopardılır, yalnız bundan sonra iş başlayır. Amma olur ki, müştərilər hazır şəkillə gəlirlər – onda birbaşa işə keçilir. Əgər adamın seçimində şübhələri varsa, rəssam daha maraqlı variantlar təklif edə bilər.

Ustalar deyir ki, bu heç də həmişə çox vaxt aparmır.  Amma, qol və ya kürəyə böyük şəkil döyülürsə, proses 7-10 saat uzana bilər.

Tatu qiymətləri neçəyədir?

Bakıdakı tatu salonlarında qiymətlər demək olar ki, eynidir. Məsələn, “Tatoo House Baku”  və “ELBI Tatoo Saloon”da qiymətlər 30 manatdan başlayır. Əlbəttə, hər şey rəsmin  mürəkkəbliyindən və ölçülərindən asılıdır. Usta Vladimir Dyaçenko deyir ki, bütün qola döyülən rəsm 400 manatdır və detallara görə qiymət bahalaşa bilər. Bu cür işlər Rusiyada 1800, Böyük Britaniyada 2400, Almaniyada isə 1700 manata başa gələ bilər.

Ümumiyyətlə, bütün ustalar etiraf edirlər ki, döyüləcək bu və ya digər rəsmin dəyərini dərhal demək çətindir. Son nəticədə, hər şey işin mürəkkəblik dərəcəsindən, xırda detalların sayından və sərf olunan vaxtdan asılıdır.

Tatu döydürərkən ilk öncə nəyə diqqət yetirilməlidir? 

Sterillik – bu çox mühüm məsələdir. Tatu üzrə bütün peşəkar mütəxəssislər əvvəlcədən sterillik xəbərdarlığı edirlər. Tatu ustası Şirin Zeynallı xəbərdarlıq edir ki, prosedurdan əvvəl hazırlıq müştərinin gözlərinin qarşısında baş verməlidir. Bütün alətlər plyonka ilə örtülü olmalıdır, rəssam isə əlcəklə işləməlidir. İynələr həmişə steril paketlərdə saxlanılmalıdır. Artıq rəngin təmizlənməsi zamanı bədənin qaşınmasının qarşısını almaq üçün vazelindən istifadə etmək məqbul sayılır.

Həkimlər nəyi məsləhət görür?

Əlbəttə, tatu dəbdədir və gözəldir, amma hamı dərisinə qorxmadan tatu döydürə bilərmi, yoxsa hansısa məhdudiyyətlər var? Biz bu sualla Mərkəzi Neftçilər Xəstəxanasının həkim-terapevti Failə Axundovaya müraciət etdik. Onun sözlərinə görə, əlbəttə, müraciət edilən salonda prosedur steril, birdəfəlik alətlərlə edilməlidir. Əgər sizdə diabetik xəstəliklər varsa, risk etməmək daha yaxşıdır. "Bir də təbii ki, qadın hamilədirsə bədənə müdaxilə haqqında söhbət belə gedə bilməz", - deyə Failə xanım xəbərdarlıq edir.

Həmin xəstəxananın həkim – allerqoloqu İradə Əsgərova isə bildirir ki, tatu salaonuna getməzdən əvvəl E immunoqloblini  (Ümumi LgEe) yoxlamaq üçün analizdən keçmək lazımdır: "Boyalar dərinin altına yeridilir, ona görə də, bu prosedurdan əvvəl allergik reaksiyaların səviyyəsini yoxlamaq vacibdir. Əgər analiz göstərsə ki, insan allergik reaksiyalara həssas və meyillidir, onda ehtiyatlı olmaq lazımdır", - deyə mütəxəssis qeyd edir.

Xaricdə tatu sənətində nələr dəbdədir?

Xaricdə hələ də yazı şəklindəki döymələr dəbdədir. Bəziləri bütün yazılanların aydın oxunmasına, digərləri isə hansısa ekzotik və ya ölü dili seçiminə üstünlük verirlər. Şeirlərdən və ya mahnılardan misralar, adlar da döydürənlər var. 

Qızlar üçün həm ağ-qara, həm də rəngli kəpənəklər daha aktualdır. Zərif cinsin nümayəndələri müxtəlif kiçik quşları və ləçəkləri, əsasən, topuqlarına, biləklərinə və ya çiyinlərinə döydürməyi sevirlər.

Əlbəttə, 3D effektli döymələr də populyarlıq qazanmaqdadır. Amma, qeyd etmək vacibdir ki, bu cür rəsmlər böyük ölçüdə olmalıdır, yoxsa lazımı nəticəni əldə etmək mümkün olmur.

Yekun olaraq, qeyd edək ki, tatu salonunu seçəndə elə oradaca rəssamların necə  işlədiyinə diqqət yetirin. Rəsmin tərtibatına yaradıcı yanaşmanı və sterilliyin qorunmasına diqqət yetirin. Öz sağlamlığınızın qayğısına qalmalısınız. Əvvəlcədən bütün analizləri vermək daha məqbuldur, belə olan zaman sonradan hansısa fəsadın ortaya çıxmayacağından rahat ola bilərsiniz. 

Sonda oxucularımıza Bakıdakı tatu salonlarını və ünvanlarını təqdim edirik:

TATU SALON

ÜNVAN

1.

“Carage Barber Shop and Tatoo”

Xaqani küç.,103

2.

“Tatoo House Baku”

Q.Qarayev prospekti, 16

3.

“EL.BI. TatooSaloon”

Vidadi küç., 185

4.

“BoyCutBaku”

Nizami küç., 147 B

5.

“Tatoo.Az”

T. Əliyarbəyov küç., 196

6.

“TatoownTatooStudio”

Azadlıq prospekti,169

Hazırladı: Züleyxa İsmayılova

Bakucity.az

Tatu Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Qız 3-cü kurs tələbəsi olub Bakı bulvarındakı intihar hadisəsi ilə bağlı görüntülər yayılıb. BakuCity.az BakuPost-a istinadən xəbər verir ki, görüntülərdə sudan çıxarılan oğlan ölən sevgilisi üçün ağlayır, sağ qalmaq istəmədiyini deyir. Sabirabad rayon sakini 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci ildə anadan olmuş Məmmədov Babahüseyn Zöhrab oğlu özünü dənizə atıb. 25 yaşlı oğlanı sudan çıxararaq xilas etmək mümkün olsa da, gənc qız b...
Hadisələr
Qardaşı tutulub Ötən gecə Bakının Nərimanov rayonunda öldürülən daxili işlər orqanlarının 31 yaşlı zabiti Anar Ramazanov Polis Akademiyasının kursantı olub. BakuCity.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından Oxu.az-a bildirilib. Anar Ramazanovun qətlində şübhəli bilinən qardaşı 28 yaşlı Araz Ramazanov tutulub. İstintaq zamanı məlum olub ki, Anar Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis bölməsində sürücü işləyib, eyni zamanda, Polis Akademi...
Ekologiya
Səhər duman, çiskin olacaq Sabah Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, fevralda 26-da paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Gün ərzində mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 8-10 dərəcə isti ola...
Cəmiyyət
Azərbaycan Televiziyası Novruz bayramına həsr olunmuş telelayihə hazırlayır Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsi qeyd olunur. BakuCity.az xəbər verir ki, bu çərşənbəni “Əzəl çərşənbə”, “Sular Novruzu” da adlandırırlar. Su çərşənbəsində su və su mənbələri təzələnir, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyu...
Cəmiyyət
"Bu məsələdə ölkələrdən asılı olaraq fərdi yanaşma yoxdur" Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) gündəlik Bakı-Dubay-Bakı aviareyslərini həyata keçirən “Fly Dubai” şirkətinin təyyarələrində erməni filmi - “Spitak” nümayiş etdirilir. BakuCity.az-ın məlumatına görə, bu barədə “Report”a Dubaydan Bakıya uçan təyyarənin sərnişinlərindən biri bildirib. Sərnişin Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağla bağlı münaqişənin davam etdiyi şəraitdə belə hala rast...
Hadisələr
Təmirsiz otaqlardan birində yanğın baş verib Bakıda uşaq bağçasının yerləşdiyi binada yanğın olub. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonunun Ayaz İsmayılov küçəsi, 69A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb. Binanın uşaq bağçası və müxtəlif obyektlərin yerləşdiyi ikinci mərtəbəsindəki təmirsiz otaqlardan birində yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmə...
Hadisələr
Gənclər ailələrinin razılığa gəlməməsi səbəbindən evlənə bilməyiblər Bu gün səhər saatlarında Bakı bulvarında dəhşətli hadisə baş verib. BakuCity.az Publika.az-a istinadən xəbər verir ki, Dənizkənarı Milli Park ərazisində Sabirabad rayon sakini 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci il təvəllüdlü Məmmədov Babahüseyn Zöhrab oğlu özünü dənizə atıb. 25 yaşlı oğlanı sudan çıxararaq xilas etmək mümkün olsa da, gənc qız boğularaq ölüb. Hazı...
Cəmiyyət
Alternativ yollardan keçəcəklər Bakıda 7 marşrut xəttinin hərəkəti dəyişdiriləcək. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar paytaxtın müəyyən küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırıldığından 7 marşrut xəttinin (4, 21, 30, 32, 46, 49 və 175) hərəkət trayektoriyası dəyişdiriləcək. Müntəzəm xətt üzrə avtobuslar digər nəqliyyat vasitələrinin yönlən...
Cəmiyyət
Qaliblər kinoteatrlara bilet qazanacaqlar BakuCity.az bu gündən yeni fotomüsabiqə elan edir. Müsabiqənin mövzusu qarşıdan gələn Novruz bayramıdır. Şərtlərə əsasən, hər kəs Novruz bayramı ilə bağlı ən çox 3 fotonu [email protected] elektron ünvanına göndərməlidir. Hər kəs yalnız müəllifi olduğu fotoları göndərə bilər. Səsvermənin nəticələri martın 16-da açıqlanacaq. Qaliblər (ilk 3 yeri tutanlar) Bakıdakı kinoteatrlara bilet qazanacaqlar. BakuCity.az