"Hazırda otağı boşdur. Gözləyirik...”
Bakucity.az xəbər verir ki, Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun müşaviri Məzahir Sultanov deyib ki, hələ ki, Abel Məhərrəmovu heç kim əvəz etmir: "Hazırda otağı da boşdur. Gözləyirik..."
Müşavir bildirib ki, digər məsələlər barədə məlumatı yoxdur.
"Abel müəllimdən sonra onu kimin əvəz edəcəyini deyə bilmərəm. Abel müəllimin dövründə universitetdə 5 prorektor olub. Bundan sonra dəyişikliyin necə olacağı, universitetə müvəqqəti olaraq hansı prorektorun rəhbərlik edəcəyi barədə məlumatım yoxdur”. Modern.az-ın məlumatında bildirilir.
Qeyd edək ki, dünən prezident İlham Əliyev Bakı Dövlət Universitetinin rektoru Abel Məhərromovun işdə çıxarılması ilə bağlı sərəncam imzalayıb. Abel Məhərrəəmov 1999-cu ildən Bakı Dövlət Universitetinin rektoru idi.
Bakucity.az