BNA əhaliyə müraciət edib

BNA əhaliyə müraciət edib, Javid

Qurum vətəndaşları fəal olmağa çağırır.

Bakucity.az  xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi “Facebook” sosial şəbəkəsindən əhaliyə müraciət edib:

“Qarşıya qoyulan hədəfə nail olunması yolunda ən böyük dəstəkçimiz də elə vətəndaşlarımız, xüsusəndə ictimai fəal insanlar, media nümayəndələri olub. Bəzən piyada, bəzən sərnişin, bəzən isə sürücü kimi nəqliyyat xidmətlərindən istifadə edən media nümayəndələri və fəal sosial şəbəkə istifadəçiləri rastlaşdığı çatışmazlıqları vaxtında, eyni zamanda, obyektiv işıqlandırır ki, bu da problemin vaxtında aşkar edilərək aradan qaldırılması baxımından əhəmiyyətlidir. Məhz müxtəlif KİV-də və sosial şəbəkələrdə ictimailləşdirilən məlumatlar əsasında müxtəlif yollarda nəqliyyat şəraiti yaxşılaşdırılır, yeni dayanacaq məntəqələri, uyğun olan yerlərdə piyada keçidləri təşkil edilir, marşrut xətləri üzrə avtobusların hərəkət sxemi dəyişdirilir. Bütün bunlar isə öz növbəsində paytaxtın nəqliyyat sisteminin inkişafı və təkmilləşməsi baxımından vacib amildir. İctimai nəzarətin vacibliyini və ümumi inkişafa müsbət təsirini nəzərə alaraq KİV nümayəndələrinə, eyni zamanda, fəal sosial şəbəkə istifadəçilərinə təşəkkür edirik. Həmçinin, onları daha fəal olmağa dəvət edirik”.

Bakucity.az

BNA Sürücü
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər