Sürücülərin nəzərinə: Bakıda 2 yeni avtomobil yolu istifadəyə veriləcək

Sürücülərin nəzərinə: Bakıda 2 yeni avtomobil yolu istifadəyə veriləcək

Bu il Bakıda yeni tikilən iki avtomobil yolu istifadəyə veriləcək.

Bakucity.az xəbər verir ki, unu jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

S.Məmmədovun sözlərinə görə, hazırda Bakının Yasamal rayonunda "Qanlı göl" adlanan ərazidə inşa olunan sosial evlərdən Bakı Dairəvi Yolu ilə Şərifzadə küçəsini birləşdirəcək yol yekunlaşmaq üzrədir: "Bununla yanaşı, həmçinin paytaxtın Ziya Bünyadov prospektini Böyük Şor gölü ərazisindən keçməklə Balaxanı-Novxanı avtomobil yolunu birləşdirən avtomobil yolunun tikintisi başa çatır. Bu il hər iki yol qovşağı istifadəyə veriləcək". Məlumatı Trend 

Bakucity.az

Yol Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər