Bakıda “Trend of the Year 2018” mükafatlandırma gecəsi keçiriləcək

Bakıda “Trend of the Year 2018” mükafatlandırma gecəsi keçiriləcək, Javid

Mükafat trendə çevrilən şəxslərə və ya şirkətlərə təqdim olunacaq

Bakucity.az xəbər verir ki, “Trend of the Year 2018” - "İlin Trendi" Mükafatı il ərzində fərqlənən, yaddaqalan və daha çox izlənilən - trendə çevrilən şəxslərə və ya şirkətlərə təqdim olunacaq.

İl ərzində sosial şəbəkələrdə və media üzərindən müşahidələrə görə, İlin Trendi hesab edilən namizədlər sorğuda iştirak edəcəklər. Sosial şəbəkələrdə, sayt üzərindən keçirilən səsvermələrə və aparılan sorğulara əsasən, qaliblər müəyyən olunacaq. İncəsənət, biznes, şirkət, moda, dizayner, blogger, müğənni, aparici, media, jurnalist, fotoqraf, film, aktyor, şair, idmançi, stilist, makeup artist , model, dancer, musiqi, turizm , həkim , kosmetoloq, psixoloq , və s. Son nəticə və mükafatın təqdim olunması səs vermə, yekun sorğular əsasında müəyyənləşəcək. Qeyd edək ki, təqdimat mərasimi 17 dekabr, 19:00 tarixində Flame Towers - Park Cinema IMAX - da baş tutacaq. Layihənin informasiya dəstəyi isə Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az saytlarına məxsusdur.

Bakucity.az

Mükafatlandırma mərasimi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər