Bakıda zəncirvari qəza baş verdi - FOTO/VİDEO

Bakıda zəncirvari qəza baş verdi - FOTO/VİDEO

Sürücü maşını içkili vəziyyətdə idarə edib

Bakucity.az xəbər verir ki, gecə saatlarında paytaxtın Bakıxanov qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Mitsubishi” markalı avtomobil öncə “Mersedes”ə, daha sonra “Niva”ya çırpılıb. 

İlkin araşdırma zamanı məlum olub ki, 90 ZJ 014 dövlət nömrə nişanlı “Mitsubishi” markalı avtomobilinin sürücüsü Axundov Fətəli Vəlibəy oğlu nəqliyyat vasitəsini içkili vəziyyətdə idarə edib.

Qəza zamanı xəsarət alan F.Axundov Sabunçu Rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. O, kəllə-beyin travması diaqnozu ilə reanimasiyaya yerləşdirilib. Hazırda vəziyyəti qənaətbəxşdir. 

Digər iki avtomobilin sürücüləri xəsarətsiz ötüşüb, avtomobillərə isə ciddi ziyan dəyib. Baku TV-nin məlumatında bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Bakucity.az

Ağır qəza Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər