Bakıda sərnişin avtobusları toqquşdu - FOTO

Bakıda sərnişin avtobusları toqquşdu - FOTO, Javid

Xəsarət alanlar var.

Bakucity.az xəbər verir ki, ötən gün axşam saatlarında metronun “Koroğlu” stansiyasının yaxınlığında iki sərnişin avtobusunun iştirakı ilə qəza baş verib. 

160 saylı marşrut avtobusu ilə 139 saylı avtobus toqquşub. 

Nəqliyyat mübadilə mərkəzindəki hadisə zamanı 160 saylı avtobusun şüşələri sınaraq tökülüb.

Sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb. Hər iki avtobusa ziyan dəyib. 

Qeyd edək ki, bir müddət əvvəl 160 saylı xəttə yeni “Karsan” markalı avtobuslar verilib.

Xəttin istismarı “Çinar Trans” şirkətinə həvalə edilib. Oxu.az-ın məlumatında bildirilir

Bakucity.az

Sərnişin avtobusu qəza
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər