"Keşlə" beş qolla qalib gəldi

"Keşlə" beş qolla qalib gəldi

Bakı klubu çempionatda yaranmış fasilədən istifadə edib

Bakucity.az-ın xəbərinə görə, Azərbaycan milli komandasının UEFA Millətlər Liqasındakı oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən "Keşlə" yoxlama oyunu keçirib.

Komanda birinci divizion təmsilçisi "Qaradağ-Lökbatan"la qarşılaşıb. Matç "Keşlə"nin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Premyer Liqa klubunun heyətində Samir Məsimov, Elmir Rəhimzadə, Andre Klennon, Tərlan Quliyev və Bahadur Nəsimov fərqləniblər. Qol.az xəbər verir. 

Bakucity.az

Keşlə futbol klubu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər