BDU-da yoxlamalar başlanıb: giriş-çıxış bağlanıldı

BDU-da yoxlamalar başlanıb: giriş-çıxış bağlanıldı, Javid

Abel Məhərrəmovun fəaliyyəti təftiş edilir

Bakucity.az xəbər verir ki, Abel Məhərrəmovun işdən çıxarılmasından sonra Bakı Dövlət Universitetində yoxlamalar başlayıb.

Ötən gündən etibarən ali təhsil ocağına giriş-çıxış bağlanılıb, hər tərəf möhürlənib.

Yoxlamaları bir neçə qurumun ortaq apardığı bildirilir. Yenicag.az məlumat yayıb. 

Yoxlamaya gələn şəxslər işdən çıxarılan rektor Abel Məhərrəmovun 19 illik fəaliyyətini təftiş edirlər. Giriş-çıxışa məhdudiyyət qoyulmasının səbəbi isə binadan hər hansı bir sənədin çıxarılma ehtimalının qarşısını almaqdan ibarətdir.

Bakucity.az

Abel Məhərrəmov BDU
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər