Abşeronda 83 yaşlı kişi özünü bıçaqlayaraq öldürüb

Abşeronda 83 yaşlı kişi özünü bıçaqlayaraq öldürüb, Javid

Son vaxtlarda kişinin psixoloji problemi olub.

Bakucity.az xəbər verir ki, Abşeron rayonunda qoca kişi özünü bıçaqlayaraq öldürüb. 

Hadisə rayonun Saray qəsəbəsi ərazisində baş verib. Report-un məlumatında bildirilir. 

Belə ki, əslən həmin qəsəbədə yaşayan, 1935-ci il təvəllüdlü Vəli İsmayılov yaşadığı evdə özünü bıçaqlayaraq intihar edib. 

Bu barədə hüquq mühafizə orqanlarına məlumat verilib. Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, 83 yaşlı kişi bir müddət əvvəl oğlu və gəlini ilə bir yerdə yaşayıb. Yaxınları bildiriblər ki, son vaxtlarda kişinin psixoloji problemi olub.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Bakucity.az

İntihar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər