Bakının yoqa mərkəzlərində xidmətlər və qiymətlər - ARAŞDIRMA

Yoqa haqqında nələri bilmək lazımdır?

Yoqa ilk növbədə insanın öz potensialını gerçəkləşdirməsinə, zehni və fiziki problemlərlə mübarizə aparmasına, yeni bir şüur səviyyəsinə çatmasına kömək edən spiritual təcrübədir. Qədim şərqin ən dəyərli ənənələrindən olan yoqa insanın özünü dərk etməsinə və sağlamlığının yaxşılaşmasına gətirib çıxaran xüsusi bir həyat tərzidir.

Nəyə görə yoqa ilə məşğul olmaq faydalıdır?

Yoqa ilə məşğul olmağın əhəmiyyəti barədə “Yoga Shahi” mərkəzinin məşqçisi Valeria Nirvana Bakucity.az-a açıqlama verib: 

"Hər kəs bu təcrübə zamanı özü üçün əhəmiyyətli bir şey tapa bilər. Fobiyalardan və qorxulardan əziyyət çəkənlər onlardan qurtula bilər. Fiziki cəhətdən zəif insanlar isə həyati problemlərin və stressin təzyiqinə müqavimət göstərməklə, daha güclü olmağı öyrənərlər. Mərkəzimizdəki yoqa məşqlərində insanlar düzgün dincəlməyi öyrənir, yuxusuzluqdan, depressiyadan xilas olurlar. Məşqlərimizin əsas hissəsi olan “Kundalini” yoqa ilə biz insanlara rahatlıq tapmağa, güc qazanmağa və bədənin maddələr mübadiləsi proseslərini sürətləndirməyə kömək edirik. Məşq zamanı elə də böyük çətinlik olmur, bu bədənin daxili proseslərini mükəmməl stimullaşdırır və çəki itkisinə, sağlamlığın yaxşılaşmasına səbəb olur”.

Özünüzə uyğun yoqa növünü necə tapmaq olar?

"Yoqa növünü seçərkən 2 məqama xüsusi diqqət yetirilməlidir: məşqlər sizi məmnun etməli və sizi məqsədinizə yaxınlaşmalıdır", -  deyə "Fly Yoga Baku"nun  qurucusu, beynəlxalq dərəcəli mütəxəssis, yoqa məşqçisi Zulfiyyə Nizam Bakucity.az-a açıqlamasında bildirib:

“Əgər bədəninizin yenilənməyə, gücləndirilməyə ehtiyacı olduğunu hiss edirsinizsə, demək, sizə mütləq “qamakda yoqa” növü ilə məşğul olmaq lazımdır. Bu yoqanın yeni istiqamətidir və biz mərkəzimizdə məhz bu istiqamətdə çalışırıq.

"Qamakda yoqa" (ona havada yoqa da deyirlər) kürək əzələlərindəki gərginliyi effektiv şəkildə azaldır. Məşğələ zamanı kürəyin yumşaq, amma effektiv dartılması baş verir, bel hissəsi isə yüklənir. Mərkəzimizdə məşğələlər peşəkar, sertifikatlı məşqçilərin nəzarəti altında keçirilir. Bizim üçün müştərinin müraciət səbəbi, onu nəyin narahat etdiyini və necə kömək edə biləcəyimizi öyrənmək çox vacibdir. Hər müştəri üçün müraciətin xüsusiyyətlərindən asılı olaraq fərdi proqram tərtib edirik. Bizim mərkəz osteoxondroz, skolioz, lordoz, kifoz və onurğa arası disklərin yırtığı kimi problemlərin müalicəsinə istiqamətlənib. 

Tapşırıqlar ("Asana"lar) və ya pəhriz

“Bizim “Klassik yoqa məktəbi”ndə pəhriz deyə bir anlayış yoxdur, düzgün qidalanma anlayışı var - “Klassik yoqa məktəbi”nin sertifaktlı məşqçisi Elçin Quliyev Bakucity.az-a belə deyib. 

“Düzgün qidalanan insan heç vaxt aclıq hiss etməz, əksinə həmişə güclü və enerjili olar. Bizim məktəbdə müştərinin fiziki və mənəvi vəziyyətindən asılı olaraq tapşırıqlar və qida rejimi seçirik. "Xatxa Yoqa" – bizim məktəbdə öyrədilən əsas yoqa növüdür. Biz tez-tez  qruplarla təbiət qoynuna çıxır, yoqa tapşırıqlarını praktiki formada  həyata keçiririk, həmçinin müştərilərimizə bu və ya digər yeməyi hazırlamağı detallarıyla öyrədirik. Məlumdur ki, biz nə yeyiyiriksə, oyuq. Məktəbimizdə əlillər və təqaüdçülərlə ayrıca məşğələlər də keçirilir".

Hərəkət, yoxsa dayanıqlılıq?

“Hərəkətliliyi sevirsinizsə universal yoqa sizin üçündür. Əgər klassik yoqada hər şey planla, tələsmədən, hər anı hiss etməklə, "asana"larla edilirsə, universal yoqa belə demək mümkünsə ən praktikidir” deyə –“Kepro Esthetic&Antiage Clinic”də təlim keçən peşəkar məşqçi Olesya Kitaeva bildirib:

“Bu yoqanın bütün istiqamətlərinin qarışığıdır, təkcə xarici görünüşünüzün mükəmməlləşməsinə deyil, həm də orqanizminizin sağlam olmasına istiqamətlənib. Klinikada iki istiqamət üzrə işləyirik; universal yoqa öyrədirik və müalicəvi yoqa-terapiyası ilə məşğul oluruq. Bizim klinikaya əsasən miqren, onurğa problemləri, qamət əyriliyi və s. kimi sağlamlığında problemi olanlar tez-tez müraciət edirlər. Məşqçilərimiz müştərinin problemini araşdıraraq, verilmiş analizlərin nəticəsinə əsaslanaraq, yoqa-terapiyanın köməyi ilə müalicəyə başlayırlar”.

Bakucity.az təzə başlayanlar, ekstrim sevənlər və sadəcə olaraq bədənini, ruhunu dincəltmək istəyənlər üçün Bakıda fəaliyyət göstərən ixtisaslaşmış yoqa mərkəzlərini təqdim edir.

Adı

Xidmət növü

Qrupda ayda

8-10 dərs

Fərdi olaraq ayda

8-10 dərs

Sınaq dərsinin qiyməti

Məşğələnin müddəti

Yoga shahi

Nəfəs alma texnikalərı

(“pranayama”lar)

60-80 AZN

120-150 AZN

20 AZN

1-2 saat

Statik fiziki duruşlar

(“asana”lar)

Energetik bədənlə iş (“bandki, mudra”)

Ağıl və şüurla iş (“dxarana, dxyana”)

“Bakıda Klassik Yoqa Məktəbi”

Statik fiziki duruşlar

(“asana”lar)

Ağıl və şüurla iş (“dxarana, dxyana”)

Klassik Yoqa

50-60 AZN

əlillərə və təqaüdçülərə 10% endirim

-

pulsuz

2 saat

“Fly Yoga Baku”

Bədən praktikasının yeni istiqaməti, yoqa, streçinq və hava gimnastikasının elementlərini özündə birləşdirir. Travmaları müalicəyə kömək edən ixtisaslaşmış yoqa mərkəzi.

60-80 AZN

110-150 AZN

20 AZN

1-1,5 saat

“Yogini”

Nəfəs alma texnikalərı

(“pranayama”lar)

Statik fiziki duruşlar

(“asana”lar) məşq proqramı fərdi tələbatlara uğun

seçilir

90 AZN

120 AZN

20 AZN

1-1,5

“KeproEsthetic&AntiageClinic”

Universal Yoqa

80-108 AZN

296-396 AZN

5 AZN

1,5 saat

Ekspert rəyi

Yoqa – özünüdərki, özünə ehtiyatla yanaşmağı öyrədən mənəvi təlimlərdən biridir, «Yoga Retreats Nirvana”da çalışan peşəkar yoqa təlimçisi Elnara Rəsulova Bakucity.az-a açıqlamasında belə deyib:

“Hal-hazırda maraqlı bir layihə üzərində çalışıram. Mənim Balidə öz yoqa studiyam var. Yaxın vaxtlarda komandamızla yeni qruplar yaradaraq, onları təkcə fiziki sağlamlıq üçün deyil, həm də mənəvi inkişaf üçün Baliyə göndərmək istəyirik”. 

İnsanın özünə, öz daxili məninə qulaq asması, fikirlərini cəmləməsi çox vacibdir. Yoqa bu cür keyfiyyətləin formalaşmasına imkan verən ən effektiv üsulllardan biridir. 

Yoqa dinclik, rahatlıq və sağlamlıq bəxş edir. 

Hazırladı: Cəmilə Amirova

Bakucity.az

Yoqa Bakı Araşdırma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Ekologiya
15 dərəcə isti olacaq Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, aprelin 3-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Hav...
Cəmiyyət
“Aztəminatlı ailələrə yardım olunmalıdır” Yaxın günlərdə sosial yardımlarla bağlı qərar veriləcək. BakuCity.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə deyib. O bildirib ki, qərarda məqsəd vətəndaşlara dəyən ziyanın yüngülləşdirilməsidir: “İtkilər minimallaşdırılmalı, aztəminatlı ailələrə yardım olunmalıdır. Hələ ki, hansısa dəqiq rəqəm demək mümkün deyil". BakuCity.az
Cəmiyyət
Əhaliyə ödəmələr bu həftə başlaya bilər "Prezident İqtisadiyyat naziri Mikayıl Cabbarovu tələsdirdi ki, bu həftədən ziyanlarla bağlı ödəmələr başlasın. Krediti olan müştərilərin vəziyyətini yaxşılaşdırarkən banka əmanət qoyanların və bankların vəziyyətini pisləşdirməməliyik". BakuCity.az "Report"a istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib. O bildirib ki, bankların iş zəncir...
Cəmiyyət
8 nəfərin vəziyyəti ağırdır Azərbaycanda daha 41 nəfərdə koronavirus aşkarlanıb. BakuCity.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə deyib. Onun sözlərinə görə, həmin xəstələrdən 8-nin vəziyyəti ağır, 11-nin orta ağır, yerdə qalanların vəziyyəti isə sabitdir. Xəstələrdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər isə vəfat edib. BakuCity.az
Cəmiyyət
“Karantin qaydalarını pozmaq inzibati məsuliyyət deməkdir” Polisin maska və əlcəksiz küçəyə çıxanları cərimələməsi bəzi insanların narazılığına səbəb olub. Onlar qanunda belə bir cərimənin olmadığını bildiriblər. BakuCity.az “BakuPost”a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İctimai TV-də bu məsələyə aydınlıq gətirib. Ə.Baqişev bildirib ki, karantin qaydalarını pozmaq inzibati məsu...
Hadisələr
Artıq sığınacaqdadır Bakıda itin gözlərini çıxardıblar. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, gözləri çıxarılan köpəyi küçədən heyvansevərlərdən biri götürüb. Artıq sığınacağa yerləşdirilən itin kim tərəfindən bu hala salındığı, neçə gündür bu vəziyyətdə olduğu məlum deyil. Xatırladaq ki, bir müddət əvvəl də bir itin gözləri çıxarılmış, cinsiyyət orqanı kəsilmişdi. Hadisə cəmiyyətdə ciddi müzakirələrə səbəb olmuşdu. BakuCity.az
Cəmiyyət
Aptekə, marketə gedən hər bir vətəndaş evdən çıxması barədə məlumat verməlidir "Vətəndaş hər dəfə polis naryadını görəndə deyə bilər ki, o, məişət tullantısını atmağa çıxıb. Buna görə də vətəndaşların evdən çıxmağı ilə bağlı qadağaya ciddi riayət olunması üçün bu kimi məsələlər öz həllini tapıb". BakuCity.az-ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İctimai TV-yə müsahibəsində de...
Hadisələr
İlkin səbəbi açıqlanıb Bu gün gecə saatlarında Sabunçu rayonu Bakıxanov qəsəbəsi S.Qocayev küçəsində tikinti materialları bazarında yanğın baş verib. BakuCity.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Ümumi sahəsi 5000 kv.m olan tikinti materialları bazarında bir-birinə bitişik müxtəlif təyinatlı ticarə...
Cəmiyyət
Bunlar ƏDV-dən azad olunacaq Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar bəzi vergi ödəyiciləri müvafiq müddətə ƏDV-dən azad edilir. BakuCity.az-ın məlumatına görə, bu barədə iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən, sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlarda bildirilib. Əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli azad edilməsi də planlaşdırılır. Bəzi məhsulların idxalının və satı...