BDU-ya yeni rektor təyin edilib? - Universitetdən açıqlama

BDU-ya yeni rektor təyin edilib? - Universitetdən açıqlama, Javid

Sosial şəbəkələrdə yayılan məlumata aydınlıq gətirildi

Bakucity.az xəbər verir ki, Bakı Dövlət Universitetinin mətbuat xidməti sosial şəbəkələrdə bu təhsil müəssisəsinə yeni rektor təyin edilməsi barədə məlumatlara münasibət bildirib.

Universitetdən bildirilib ki, ali təhsil müəssisəsinə yeni rektor təyin edilməsi barədə yayılan məlumatlar düzgün deyil.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə Trend-ə bildirib ki, hazırda BDU-nun rektoru vəzifəsinin icrasını universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva həyata keçirir. Trend-in məlumatında bildirilir. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov noyabrın 15-də vəzifəsindən azad edilib.

Bakucity.az

BDU
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər