Paytaxtın bu şadlıq sarayları bağlanacaq - VİDEO

Paytaxtın bu şadlıq sarayları bağlanacaq - VİDEO , Javid

Siyahı daha da genişlənəcək

Bakucity.az xəbər verir ki, Paytaxtda şadlıq saraylarının çox oldugu küçələrdə axşam vaxtı rahat gəzmək olmur. Buna səbəb isə restoranlardan çıxan tüsyüyə görə, göz-gözü görmür, hətta nəfəs almaq belə çətinləşir.

Məsələ ilə bağlı ARB TV-nin "Günə doğru" proqramında maraqlı süjet yayımlanıb.

Məhərrəmlik ayının başa çatmasından sonra şadlıq saraylarının fəaliyyəti yenidən genişlənib. Xüsusilə də paytaxtda fəaliyyət göstərən şadlıq sarayları, demək olar ki, hər gün doludur. Nəticədə axşam hava almaq üçün küçəyə çıxanlar təmiz hava əvəzinə zəhərli qazları qəbul edirlər.

Xatırladaq ki, ETSN 4-5 ay öncə paytaxtdakı şadlıq evlərinə havatəmizləyən qurğuların quraşdırılması ilə bağlı xəbərdarlıq etmişdi. Lakin hələ də qaydalara əməl etməyib, tüstüləməyə davam edən restoranlar var. Çəkiliş etdiyimiz şadlıq saraylarının rəhbərləri isə müxtəlif bəhanələr göstərir.

ETSN 9 şadlıq sarayının fəaliyyətinin dayandırılması üçün məhkəmə orqanları qarşısında vəsatət qaldırıb. Araşdırmalarsa davam edir. Görünür bu siyahı daha da genişlənəcək.

Bakucity.az

Şadlıq sarayı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər