Yük avtomobili və “Daewoo” markalı minik avtomobili toqquşub
Bakucity.az xəbər verir ki, Bakı şəhərinin Qaradağ rayonunda yük avtomobili və “Daewoo” markalı minik avtomobili toqquşub.
Bu barədə məlumat FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən daxil olub.
Məlumata əsasən, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişin, 1962-ci il təvəllüdlü Vəliyeva Gülgəz Əliağa qızının meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil verilib.
Bundan əvvəl Siyəzəndə yük və minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ölüb.
Bakucity.az