Yaşıl Bakı: paytaxtda harada nəfəs almaq olar? - ARAŞDIRMA

Bakıda təmiz hava almaq üçün ən yaxşı parklar hansılardır?

İnsan təbiətin bir parşasıdır, onun yaşıllığa və təbiət qoynuna çıxmağa ehtiyacı var. Bakılılar şəhərdə yaşıl zonaların və qollu-budaqlı ağacları olan parkların yoxluğundan gileylənirlər. Şəhərdə son 10 ildə baş verən tikinti bumu təmiz hava çatışmazlığına səbəb olub. Amma bununla belə vəziyyət elə də faciəli deyil. Paytaxtımızda gözlərdən uzaq elə yaşıl parklar var ki, oralara baş çəkib mənəvi rahatlıq tapmaq mümkündür. 

Bakucity.az olaraq oxucularımız üçün Bakı parklarını araşdırıb reytinq siyahısı tərtib etdik. Araşdırmamızı təqdim edirik. 

Mərdəkan Dendrarisi 

Bura təmiz havada gəzmək üçün ən münasib yerlərdən biridir. Park Abşeron yarımadasının şimal-şərq hissəsində, mərkəzdən 40 km məsafədə yerləşir. Əzəmətli yaşıllığı ilə park sakinlərə təbiətdən zövq almaq imkanı yaradır. Burada planetin demək olar ki, hər bir yerindən olan bitkilərə rast gələ bilərsiniz. Bundan əlavə, parkın ərazisində  “qotik” üslubda tikilmiş memarlıq binaları, süni şəlalə, nadir və dərin quyular, su anbarı var.

Dendrari hər gün 09:00-dan 19: 00-a qədər açıqdır. Giriş biletinin qiyməti – 1 manatdır. Qayıq gəzintilərini sevənlər üçün, qayıqla gəzinti imkanı adambaşına 1 manatdır.

Arboretumun zənginliyindən daha ətraflı məlumat almaq istəyirsinizsə, onda bura bir dəfə yox, dəfələrlə gəlməlisiniz. 

Botanika bağı

Paytaxtın ən məşhur və dəbli park fotosesiyaları bu gün əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Botanika Bağında çəkilir. Bura təbiətdən əsl zövq ala biləcəyiniz və təmiz hava alacağınız bir yerdir. Botanika bağı Badamdar yolunda, 20 nömrəli məktəbin yaxınlığında yerləşir. 

Burada təxminən 2 min ağac əkilib ki, onlardan120 növü nadir bitki kimi Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilib. Parkda bir istixana, meşə parkı, çiçək və sitrus meyvələri üçün torpaq sahəsi, gözəl balıqlar ilə dolu kiçik bir gölməçə, tropik və subtropik meyvə bitkilərinin böyük bir kolleksiyası, həmçinin çox sayda müxtəlif çiçəklər də var. 

Park bazar ertəsindən cümə gününə qədər, 09:00-dan 17: 00-a kimi açıqdır. Böyüklər üçün giriş - 1 manat, uşaqlar üçün - 0,50 qəpikdir. Böyük qruplar üçün bələdçi turlar da var.

Dağüstü park

Bura şəhərin ən yüksək nöqtəsidir. Ona görə də burada təmiz hava, peyzaj və panoramadan zövq ala bilərsiniz. Əgər Dağüstü Parkdan bulvara getmək istəyirsinizsə, onda funikulyardan istifadə etmək daha yaxşıdır. Funikulyorda 15 dəqiqəlik səyahətin qiyməti 1 manatdır. Buradan Şəhidlər Xiyabanına keçmək də mümkündür.

Bu parkda bir çox səliqəli cığırlar, rahat teraslar var, gözəl şəlalə fəvvarə tikilib, bir çox bəzək bitkiləri əkilib. Eyni zamanda köhnə ağacların qorunub saxlanması bu yerə xüsusi bir gözəllik verir.

Burada dənizin qoxusu və möhtəşəm çəmənliklərlə birlikdə sakit abu-hava hökm sürür. Dərindən nəfəs alaraq dincliyinizdən həzz ala bilərsiniz. 

Artıq uzun müddətdir parkın ərazisində "Dostluq" kafesi də fəaliyyət göstərir. Burada dadlı yeməklərdən dada və şəhərin əla görüntüsünü izləyə bilərsiniz. Əlbəttə, qiymətlər çox yüksəkdir, lakin bəzən özünüzə yaxşı bir istirahət vermək faydalıdır.

Zabitlər parkı

Paytaxtda xoş təəssürat bağışlayan növbəti məkan. Kölgəliyi, yaşıllığı və nisbətən böyük ərazisi ilə seçilən bu "yaşıl bucaq" Səməd Vurğun küçəsi, 77 ünvanında yerləşir. Parkda çoxlu hündür ağaclar, geniş skamyalar var. 

Park hər zaman hərəkətlilidir, çünki burda həmişə çoxlu uşaqlar olur. Burada onlar üçün yaxşı şərait yaradılıb: təhlükəsiz oyun meydançası, müxtəlif oyun yerləri və s. var. Bütün bunlar ödənişsizdir.

Qış mövsümü üçün parkın digər vacib keyfiyyəti “ICE” buz meydançasının olmasıdır. Meydançada bütün ölçülərdə “Skates”lər var və siz onları icarəyə götürə bilərsiniz. Qiymətlər vaxtdan asılı olaraq dəyişir: 15 dəqiqə - 5 manat, 30 dəqiqə - 8 manat, limitsiz - 20 manatdır.

Filarmoniya bağı

Bu, şəhərin ən gözəl parklarından biridir! Öz gözəlliyilə cəlb edən bu bənzərsiz bağda zaman sanki dayanır. Sizə yalnız təmiz havada oturub Filarmoniyada səslənən klassik musiqilərdən zövq almaq qalır. Bağ İçərişəhərin “Kiçik Qala” divarlarının və Azneft meydanının yaxınlığında yerləşir.

Bu park yalnız bitki örtüyü, gülləri və kiçik xiyabanları ilə deyil, həm də memarlıq üslubu baxımından da maraqlıdır. Bağdakı fəvvarənin zərif gözəlliyi və incə skamyaları nəyə desən dəyər. 

Çiçəkləyən müxtəlif gül kolları, xrizantemlər, maqnoliyalar, zanbaqlar bağın ətrafında unikal bir qoxu yaradır. Kiçik palıd, sidr, soya və digər ağaclar isə göz oxşayır. Bağın daha bir xüsusiyyəti yaşıl tutuquşulardır. Siz onları uçuşarkən görə bilərsiniz. 

Şəhər həyatı bəzən yorucudur. İnsan daş-divardan avtomobil səslərindən yorulanda, xüsusilə təbiətə, yaşıllığa, dincliyə ehtiyac duyur. Bakı çoxlarının ürəyi istədiyi qədər yaşıl olmasa da, paytaxtımızın göz oxşayan gözək parkları və bağları da var. Şəhərin əlçatan yerlərindəki bu parklardan bütün sakinlər yararlana və istirahətlərini təmin edə bilərlər. Xoş istirahətlər!

Hazırladı: Züleyxa İsmayılova

Bakucity.az

Bakı Yaşıllıq Bakı parkları
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
210 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Tanıyanlardan 102-yə zəng vurmalar xahiş olunur Bakıda yol qəzasında ölən şəxsin yaxınları axtarılır. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə naməlum kiş...
Mədəniyyət
Yubileylə bağlı tədbirlər planı hazırlanacaq Prezident İlham Əliyev Əlibaba Məmmədovun 90 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. BakuCity.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğində xüsusi xidmətlər göstərmiş Əlibaba Məmmədovun anadan olmasının 90-cı ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə Xalq artistinin 90 ill...
Hakimiyyət
Büdcədən 12 milyon manata yaxın pul ayrıldı Prezident İlham Əliyev Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. BakuCity.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluş...
Kriminal
Yeniyetmə seyflərdən pul oğurlayıb Bakıda uşaq əyləncə mərkəzindən 40 min manat oğurlanıb. Bu barədə BakuCity.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Oğurluq etdiyinə görə tutulan bir yeniyetmənin ətrafında Bakı Şəhər Baş Polis İdarəsi və Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun dekabrın 4-nə keçən gecə rayon ərazisindəki 1 ofisdən və 1 uşaq əyləncə mərkəzindəki...
Cəmiyyət
"Bəlkə birinin şirniyyat almağa imkanı yoxdur?" Bakı Dövlət Universitetinin (BDU) bufetində müştərilərə çayın qəndsiz verildiyi iddia olunur. BakuCity.az xəbər verilir ki, sosial şəbəkədə yayılan iddiaya görə, məqsəd tələbələri çay içərkən şirniyyat almağa, bir növ, məcbur etməkdir. İddia olunur ki, bu tapşırığı bufeti işlədən müəssisənin rəhbərliyi verib: “Dərs ilinin əvvəlində qəndlər var idi, kim çay alırdısa, elə oradan götürə bilirdi. Bir müddət sonra...
Ekologiya
Külək 25 m/s-dək güclənib Dekabrın 5-i Bakıda hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış yağıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda 2 mm, o cümlədən Maştağa və Zabratda 1 mm təşkil edib. Şimal-qərb küləyi 17-22 m/s, bəzi yerlərdə arabir 25 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğaların hündürlüyü 5,2 m ol...
Cəmiyyət
Şagirdlər də yüksək nəticə göstəriblər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin müəllim və şagirdlərinin müxtəlif beynəlxalq yarışlardakı uğurları davam edir. İdarədən BakuCity.az-a verilən məlumata görə, Bakı şəhəri 306 nömrəli tam orta məktəbin idman müəllimi Sübhan Hümbətov İtaliyada Dünya Koreya Döyüş Sənətlərinə daxil olan Hapkido döyüş növü üzrə keçirilən dünya çempionatında 75 kiloqram çəki dərəc...
Hadisələr
Bacısı və rəfiqələri saxlanılıb Türkiyənin Samsun bölgəsində yerləşən iki alış-veriş mərkəzində ümumilikdə 17 mağazadan oğurluq edilib. 50 min lirə dəyərində geyim oğurlamaqda şübhəli bilinən 7 azərbaycanlı saxlanılıb. Onlardan 5-i qadın, 2-si kişidir. Şübhəlilər oğurladıqları əşyaların barkod və qurğularını alüminium folqa ilə bağlayaraq siqnaldan yayınıblar. BakuCity.az Unikal.org-a istinadən xəbər verir ki, artıq oğurluqda şübhəli bilinən 50 yaşlı Tamel...
Cəmiyyət
Biri də Sumqayıtda açılacaq Gələn il Bakıda 2, regionlarda isə 1 “ASAN xidmət” mərkəzinin açılacağı gözlənilir.  BakuCity.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov deyib. C.Salmanov qeyd edib ki, paytaxtda "ASAN xidmət" mərkəzlərindən biri Nərimanov rayonunda, digəri isə Xətai rayonunda (Ukrayna dairəsi yaxınlığında) olacaq. O, Sumqayıtda ikinc...