Sürücü avtomobili tam yararsız vəziyyətə gətirdikdən sonra atıb
Bakucity.az xəbər verir ki, ötən gecə saat 02:30 radələrində paytaxtda avtomobil qəzası baş verib.
Hadisə Babək prospektində qeydə alınıb. Oxu.az-ın məlumatında bildirilir.
Belə ki, şəxsiyyəti məlum olmayan sürücü “Porsche” markalı, 99 HR 999 dövlət nömrə nişanlı avtomobili öncə maneəyə çırpıb, daha sonra qəzalı vəziyyətdə idarə edib.
Sürücü avtomobili tam yararsız vəziyyətə gətirdikdən sonra Araz Novruzov 27 küçəsində buraxaraq hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.
Bakucity.az