Paytaxt metrosunda soyğunçuluq edən şəxslər saxlanıldı

Paytaxt metrosunda soyğunçuluq edən şəxslər saxlanıldı, Javid

Vətəndaşların cibinə girən şəxsləri polis yaxalayıb

Bakucity.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında, tuneldə hərəkətdə olan qatarlarda cinayətkarlığa qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir. Polis əməkdaşlarının operativliyi və ayıq-sayıqlığı sayəsində ictimai nəqliyyatda soyğunçuluq və oğurluq etməkdə şübhəli bilinən şəxslər yaxalanıblar.

DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 19-da saat 9 radələrində metronun “Koroğlu” stansiyasının platformasında naməlum şəxs Saatlı rayon sakini G.Həsənovanın çantasından içərisində pulu, şəxsiyyət vəsiqəsi və tələbə bileti olan pulqabısını açıq talama yolu ilə aparıb.

Dərhal görülmüş tədbirlərlə soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Orxan Məcidov Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Noyabrın 14-də metronun “Əhmədli” stansiyasında Bakı şəhər sakini A.Hacıyevanın çantasından mobil telefonunun oğurlanması barədə daxil olmuş müraciətlə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş Emin Səlimov olduğu müəyyən edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bakucity.az

Cinayət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər