Məşhur aktyor və müğənni Bakıda vəfat etdi - FOTO

Məşhur aktyor və müğənni Bakıda vəfat etdi - FOTO, Javid

Sənətkar 58 yaşında dünyasını dəyişib

Bakucity.az xəbər verir ki, “Savalan” qrupunun bədii rəhbəri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, aktyor Novruz Novruzlu vəfat edib.

O, 58 yaşında dünyasını dəyişib.Yenicag.az-ın məlumatında bildirilir. 

Xatırladaq ki, 3 il bundan əvvəl Novruz Novruzlunun qızı 18 yaşında dəm qazından boğularaq həyatını itirmişdi.

Qeyd edək ki, Novruz Novruzlu 1960-cı ildə Ordubad şəhərində anadan olub. İncəsənət Universitetinin musiqili-komediya aktyorluğu fakültəsində təhsil alıb. O, institutda oxuduğu müddətdə “Ulduz” tamaşasında Zəfər, “Arşın mal alan”da Əsgər, “O olmasın, bu olsun” tamaşasında Sərvər rollarını ifa edib. Bir müddət “Şərq ansamblı”nda solist kimi fəaliyyət göstərib.

Məşhur aktyor və müğənni Bakıda vəfat etdi - FOTO, fotoşəkil-1

Bakucity.az

Vəfat
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər