Bakıda sürücü qəza törətdi, arvadı öldü

Bakıda sürücü qəza törətdi, arvadı öldü

Ölümlə nəticələnən daha bir yol qəzası baş verib

DİN-nin mətbuat xidmətindən Bakucity.az-a verilən məlumata görə, noyabrın 19-da saat 23 radələrində Qaradağ rayonu ərazisində - Kənar dairəvi yolda Bakı şəhər sakini Sabir Vəliyev idarə etdiyi “Chevrolet” markalı avtomobili yolun kənarında dayanmış Bakı şəhər sakini Zaur Əliyevin idarə etdiyi “DAF” markalı avtomobilin qoşqusuna vurub. Nəticədə S.Vəliyevin sərnişini, arvadı Gülgəz hadisə yerində ölüb.

Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bakucity.az

Ağır qəza Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər