Konfransın hər il keçirilməsi nəzərdə tutulur
Bakucity.az xəbər verir ki, Dekabrın 4-7-də keçiriləcək “Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində ölkədə ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı təşkil olunacaq.
Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, konfransın bundan sonra ənənəvi olaraq hər il keçirilməsi nəzərdə tutulur.
Tədbir “Genişzolaqlı bağlantı”, “Süni intellekt”, “Əşyalar interneti”, “Elektron xidmətlər”, “İKT əsaslı startaplar və innovativ sahibkarlıq”, “Dördüncü Sənaye İnqilabı”, “Elmtutumlu istehsalat”, “Kiberhazırlıq” kimi mövzuları əhatə edəcək.
Bakucity.az