Paytaxtda əmək müqaviləsinin olmamasına görə cəzalar sərtləşə bilər

Paytaxtda əmək müqaviləsinin olmamasına görə cəzalar sərtləşə bilər, Javid

Maliyyə sanksiyasının məbləği artırıla bilər

Bakucity.az xəbər verir ki, Azərbaycanda işçilərin əmək müqaviləsiz işlədilməsinə görə işəgötürlənlərə tətbiq olunan maliyyə sanksiyasının məbləği artırıla bilər.

Bu barədə Vergi Məcəlləsinə dəyişiklik layihəsinə istinadən Report xəbər verir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə belə hala birinci dəfə yol verdikdə 2 000 manat, ikinci dəfə yol verdikdə 4 000 manat, üç və daha çox dəfə yol verdikdə 6 000 manat maliyyə sanksiyası tətbiq olunacaq.

Qeyd edək ki, hazırda maliyyə sanksiyasının məbləği bütün hallarda hər bir belə şəxs üzrə 1 000 manat məbləğindədir. 

Bakucity.az

Əmək müqaviləsi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər