Binəqədidəki yanğına görə həbs edilən "JEK" müdiri azadlığa çıxdı

Binəqədidəki yanğına görə həbs edilən "JEK" müdiri azadlığa çıxdı, Javid

Onun həbsdə olduğu - 3 il 6 ay cəza müddəti başa çatıb

Bakucity.az xəbər verir ki, Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsində təqsirləndirilən Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov azadlığa buraxılıb.

N.Orucov bu gün saxlanıldığı 16 saylı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.

Qeyd edək ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Report məlumat verib

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər