Cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb
Bakucity.az Trend-ə istinadən xəbər verir ki, noyabrın 19-da saat 4 radələrində Bakı şəhər sakini Alim Əhmədovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə məlumat daxil olub.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş Bayram Orucov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Bakucity.az