Məktəb direktoruna ciddi xəsarət yetirilib
Bakucity.az Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev hücuma məruz qalıb.
Hadisə zamanı o, ciddi xəsarət alıb. T.Mirzəliyev xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, məsələ Təhsil Nazirliyi rəhbərliyinin diqqət mərkəzindədir.