Döyülən məktəb direktoru ilə bağlı rəsmi açıqlama

Döyülən məktəb direktoru ilə bağlı rəsmi açıqlama

Aktyorun döydüyü direktorla bağlı rəsmi məlumat verilib

Bakucity.az xəbər verir ki, dünən aktyor Rza Rzayev Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevi Nizami Rayon Məhkəməsinin qarşısında döyərək ona ağır bədən xəsarətləri yetirib. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov döyülən direktorla bağlı sosial şəbəkələrdə açıqlama yayıb:

“Tural Mirzəliyev hazırda xəstəxanaya yerləşdirilib. Məsələ Təhsil Nazirliyi rəhbərliyinin bilavasitə diqqət mərkəzindədir”.

Bakucity.az

Məktəb
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər