Bakıda burunun estetik əməliyyatı neçəyə başa gəlir? - ARAŞDIRMA

Rinoplastika əməliyyatı etdirərkən ən çox nələrə diqqət etməliyik?

Bakıda fəaliyyət göstərən tanınmış plastik cərrahların fikrincə, rinoplastika Azərbaycanda ən çox müraciət edilən əməliyyat növüdür. Müraciət edənlər isə daha çox burunlarının formasını dəyişmək istəyənlərdir. Rinoplastikaya qadınlar arasında xüsusilə son illərdə böyük maraq var. Amma bir çox hallarda bu əməliyyatlar o qədər də uğurlu alınmır. Nəticədə ətrafda bir-birinə bənzəyən burunların çoxalması müşahidə olunur.

Bakucity.az paytaxtda fəaliyyət göstərən mütəxəssislərlə görüşərək, onların rinoplastika ilə bağlı fikirlərini öyrənib. 

“Əvvəllər cərrahiyyə metodikası elə idi ki, bütün burunlar 80% bir-birinə bənzəyirdi”

“Qələndər” klinikasının rəhbəri, professor, plastik və rekonstruktiv cərrah Vaqif Qələndər Bakucity.az-a açıqlamasında bildirdiyinə görə, artıq şəhərdə bir-birinə bənzəyən burunlar çox olmayacaq:

“Rinoplastika – burun estetikası dünyada ən məşhur plastik cərrahiyyədir və bu üsulla əsasən burunun anadangəlmə və ya qazanılmış deformasiyalarının düzəldilməsi, olmayan burnun tam bərpa edilməsi həyata keçirilir. Uzunmüddətli fəaliyyət nəticəsində əldə olunan praktika onu göstərir ki, hər bir əməliyyat pasiyentin üz quruluşuna uyğun ölçülərdə aparılmalıdır. Lakin əvvəllər cərrahiyyə metodikası elə idi ki, bütün burunlar 80% bir-birinə bənzəyirdi. Yeni, qapalı septo-rinoplastika kimi bir sıra əməliyyat metodları isə artıq bənzərlik problemini aradan qaldırır”.

Burun əməliyyatı üçün mütəxəssis axtararkən, yeniliklərdən istifadə etməyi bacaran cərrahı tapan pasiyentin yeni burnu individual olacaq”, - deyə Vaqif Qələndər fikrini tamamlayıb.

“Baku Medical Plaza”nın plastik, estetik və rekonstruktiv cərrahı Rauf Kərimov da saytımıza açıqlamasında sadəcə görünüş dəyişikliyi məqsədilə əməliyyat etdirənlərin çox olduğunu bildirib:

“Bizə daha çox burunlarını bəyənməyən gənc qızlar və 50-53 yaşına qədər qadınlar müraciət edir. Amma anadangəlmə, yaxud qazanılmış deformasiyalar nəticəsində nəfəsalmada problem və ya görünüşdə ciddi qüsurlar yoxdursa, bu əməliyyat barədə dəfələrlə düşünməyi məsləhət görürük”.

“Spirumed” ("Dobremed") klinikasının plastik cərrahı Könül Niftəliyeva şablon burunların dəbə çevrildiyini vurğulayıb:

“Pasiyentdə çəpər əyriliyi və ya nəfəsalmaya çətinlik yaradan başqa səbəblər varsa, hər iki cinsin nümayəndələri müxtəlif yaşlarda müraciət edərək eyni zamanda rinoplastika əməliyyatı da etdirirlər. Lakin nəzərə almaq lazımdır ki, burun təbii, üzə uyğun olmalıdır. Bəzi pasiyentlər isə artıq dəbə düşmüş şablon burunlara və eləcə də şablon üzlərə üstünlük verirlər”.

Əməliyyatda fəsadlar hansı hallarda yaranır

Vaqif Qələndər əməliyyatın yaratdığı fəsadlar barədə də danışıb. O, qeyd edib ki, səhv etməyən mütəxəssis yoxdur, lakin bu tez-tez baş verməməlidir: 

“Nə qədər yaxşı cərrah olsan da, səhvsiz iş təcrübəsi mümkün deyil. Rinoplastika əməliyyatında 100 xəstədən birində mütləq hansısa fəsad üzündən problem yarana bilər və onu da yenidən korreksiya etmək mümkündür. Bu, pasiyentin göstərişlərə düzgün riayət etməməsi, həmçinin toxuması ilə bağlı və yaxud əməliyyat anında həkimin etdiyi ən xırda diqqətsizlik nəticəsində keçən infeksiyadan və s.  kimi hallardan baş verə bilər. Ancaq əməliyyatı mütəxəssis edirsə, düzəlməyəcək fəsadlar olmamalıdır. Prosesi ümumi cərrah, lor və yaxud çənə cərrahı kimi qeyri-peşəkarlar həyata keçirsə fəsad qaçılmazdır”.

“Problemsiz əməliyyatlar mütəxəssisdən asılı olaraq hər yerdə edilir”, - deyən Rauf Kərimov fikrini belə izah edib:

“Yaxşı cərrahlar bütün klinikalarında fəaliyyət göstərir. Ancaq mütəxəssis axtararkən, ilk olaraq onun fəaliyyətini araşdırmaq, sonra əməliyyata qərar vermək lazımdır. Səhv seçimlər zamanı əməliyyatdan sonra nəfəsalmada problem yarana, burunda əyrilik qala, çöküntü ola bilər”.

Əməliyyatın psixoloji tərəfləri

“Psixoloji problemlər 40-45 dəqiqəlik əməliyyatla aradan qalxırsa nə gözəl”, - deyən Vaqif Qələndər fikrini belə ifadə edib:

“Dünyada 6800-dən çox plastik və rekonstruktiv cərrahiyyə əməliyyatı var. Bu əməliyyatların kosmetik cərrahiyyə hissəsi siyahının 25%-ni təşkil edir, qalanı rekontruksiyadır. Belə ki, müxtəlif qəzalar zamanı sinirlər zədələnir, vətər kəsilir, toxumalar qopur və s. Anadangəlmə deformasiyalar – dovşandodaq, qurdağızlıq kimi hallar isə öz yerində. Bu əməliyyatlar rekonstruktiv plastik cərrahlar tərəfindən həyata keçirilir, sonra insanlarda illərlə formalaşmış funksional qüsurlarla yanaşı, psixoloji problemlər də aradan qalxır”.

“Life&Harmony – women's club”un həkim-psixoloqu Aygün Babayevanın fikrincə, görünüşə ciddi xələl gətirən burun forması insan psixologiyayasında daha ciddi fəsadlara yol açır:

“Adətən kompleksli insanlar görünüşlərində müəyyən dəyişikliklər etməyi istəyirlər. Çünki həyatlarında baş verən bütün neqativləri görünüşlərilə əlaqələndirirlər. Əgər doğrudan da görünüşə ciddi xələl yetirərək özgüvəni azaldan və psixoloji problemlərə səbəb varsa, əməliyyat vacibdir. Yeni görünüşlə yeni həyat qazanmış insanlar kompleksdən, depressiyadan azad olurlar”. 

Rinoplastika neçəyə başa gəlir?

Cərrah R. Kərimli qeyd edib ki, əməliyyatların qiymətini o, özü təyin edir: “Sadə əməliyyatlar 2300-2500, lakin 2-ci dəfə olunan əməliyyat 3000-3500 manata başa gəlir, çünki burun tamamilə rekonstruksiya edilir”.

Könül Niftəliyevanın bildirdiyinə görə,“Spirumed”də burun əməliyyatlarının qiyməti əməliyyatın mürəkkəblik dərəcəsindən asılı olaraq 900-1600 manat arasında dəyişir.

Vaqif Qələndər isə, lazım gələrsə, tamamilə təmənnasız əməliyyatları da öz öhdəsinə götürdüyünü vurğulayıb.

Bakucity.az-ın mütəxəssislərlə söhbətindən məlum olub ki, burunda aparılan əməliyyatların həyati təhlükəsi yoxdur, lakin vacib olmadığı müddətcə insanlar bu seçimi etməsələr daha yaxşı olar. 

Sonda paytaxtda fəaliyyət göstərən müxtəlif klinikalarda rinoplastika əməliyyatının qiymətlərini təqdim edirik:

Klinika

Həkim

Qiymət

“Qələndər” Klinikası

Azərbaycanlı həkim

1000-2000

“Baku Medical Plaza?

Azərbaycanlı həkim

2300-2500

3000-3500

“HB-Güvən” Klinikası

Azərbaycanlı həkim

2000-6000

Mərkəzi Klinika

Azərbaycanlı həkim

Türk həkim

1300

2500-3000

Mərkəzi Gömrük Hospitalı

Azərbaycanlı həkim

1100-1800

Xətai Estetik Klinikası

Türk həkim

1800-2000

Bakı Tibb Mərkəzi

Azərbaycanlı həkim

1500-1600

Mərkəzi Nefçilər Xəstəxanası

Azərbaycanlı həkim

1100-1500

“Vital” Klinika

Azərbaycanlı həkim

1200-1300

“Spirumed”

Azərbaycanlı həkim

900-1600

Hazırladı: Ramilə Qardaşxanqızı

Bakucity.az

Rinoplastika əməliyyat
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
TƏBİB COVID-19 infeksiyasına görə könüllü səhiyyə işçisi axtarır TƏBİB Azərbaycanda COVID-19 infeksiyasına qarşı mübarizə tədbirlərinə dəstək olmaq üçün bu prosesdə birbaşa iştirak etmək istəyən şəxslərin çoxsaylı müraciətlərini nəzərə alaraq səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir. BakuCity.az xəbər verir ki, koronavirus xəstəliyi ilə bağlı müalicə üçün respublikanın müəyyən olunmuş müəssisələrində könüllü olaraq xidmət etmək istəyən səhiyyə işç...
İdman
May ayında Bakıda keçirilməsi planlaşdırılan paracüdo üzrə “İBSA Judo Grand Prix Baku 2020” təxirə salınıb. Milli Paralimpiya Komitəsindən BakuCity.az-a verilən məlumata görə, qurum Nazirlər Kabinetinin yanında Operativ Qərargahın koronavirusun Azərbaycanda geniş yayılmasının qarşısının alınmasına dair tövsiyələrə əsasən, Qran-prinin 2021-ci ildə keçirilməsi ilə bağlı “International Blind Sports Federation” (IBSA) ilə razılıq əldə olunub. Anlaşmaya əsasən,...
Cəmiyyət
Vətəndaşlar üçün SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı videotəlimat hazırlanıb Vətəndaşlar üçün SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı videotəlimat hazırlanıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən BakuCity.az-a verilən xəbərə görə, videotəlimatda vətəndaşların SMS icazə sistemindən necə istifadə etmələri barədə məlumatlar qeyd edilib. BakuCity.az
Cəmiyyət
"Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin gücləndirilməsi ilə bağlı aprelin 5-dən hərəkətinə icazə verilən şəxslərin şəxsi avtomobili ilə sərnişin daşıması qadağan olunacaq". BakuCity.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. Onun sözlərinə görə, icazəsi olan şəxs avtomobilində çölə çıxmağa icazəsi olan digər şəxsi də apara bilə...
Kriminal
Bakıda cibgirliklə məşğul olan şəxs saxlanılıb Bakı şəhər sakini qadının cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 6 dəfə məhkum olunmuş Rövşən İsmayılov saxlanılıb. Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən BakuCity.az-a verilən məlumata görə, əməliyyatı Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi və Nizami Rayon Polis İdarəsinin əməkdaşları keçirib. Saxl...
Cəmiyyət
Azərbaycan Respublikasında 78 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Ka­bineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ümumilikdə, hazırkı dövrə kimi ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 521 şəxsdən...
Ekologiya
Səhər duman olacaq Bazar günü Bakıda gözlənilən hava şəraiti açıqlanıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata göər, aprelin 5-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.  Səhər saatlarında duman olacaq. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-8, g...
Cəmiyyət
Buna görə hüquqi məsuliyyət nəzərdə tutulmayıb Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda xüsusi karantin rejimi şəraitində vətəndaşları maraqlandıran suallara aydınlıq gətirib: - Tətbiq olunan xüsusi karantin rejimi dövründə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında şəxsi minik nəqliyyat vasitələrinin hərəkətinə icazə verilirmi? - Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında avtomobillə hərəkətə yalnız xidməti vəsiqə və ya iş yeri barədə a...
Cəmiyyət
“Hazırkı şəraitdə ən gözəl tədbir evdə qalmaqdır” Azərbaycanda koronavirusa görə epidemioloji vəziyyət gərgindir, insanlar bunu nəzərə almalıdırlar. BakuCity.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev Trend-ə deyib. Onun sözlərinə görə, epidemioloji vəziyyətin gərgin olmasına baxmayaraq, dövlət xəstəliyin yayılmasının qarşısını almaq üçün bütün qabaqlayıcı tədbirləri görür. İ.Ağayev əlavə edib ki, Azərbaycan qlobal ko...