Bakıda qız sevgilisinə görə özünü 14-cü mərtəbədən atdı

Bakıda qız sevgilisinə görə özünü 14-cü mərtəbədən atdı, Javid

İntihara səbəb cavabsız sevgi olub

Bakucity.az xəbər verir ki, Noyabrın 16-da Bakıda özünə qəsd edən qızın intihara əl atmasının səbəbləri məlum olub.

Bu barədə Nərimanov rayon Prokurorluğundan məlumat verilib. 

Bildirilir ki, saat 09:10 radələrində 1997-ci il təvəllüdlü Tovuz rayon sakini Musayeva Şahsənəm Rafiq qızı Nazim Hacıyev küçəsində yerləşən 16 mərtəbəli binanın 14-cü mərtəbəsindən özünü aşağı atıb.

Kriminalistlər qızın cibindən məktub tapıblar. Musayeva Türkiyə vətəndaşını (məktubda adı da qeyd olunub) sevdiyini etiraf edib. Ona uzun ömür və xoşbəxtlik arzulayıb. 

İstintaq orqanları ehtimal edir ki, intihara səbəb cavabsız sevgi olub və qız bundan depressiyaya düşüb.

Faktla bağlı araşdırma davam edir. (Oxu.az)

Bakucity.az

İntihar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər