Paytaxtda döyülən məktəb direktoruyla bağlı daha bir rəsmi açıqlama

Paytaxtda döyülən məktəb direktoruyla bağlı daha bir rəsmi açıqlama, Javid

Zorakılıq halını pislənib

Bakucity.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəb direktoruna qarşı baş vermiş zorakılıqla bağlı məlumat yayıb

Təhsil İdarəsindən paytaxtdakı 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyevə qarşı baş vermiş fiziki zorakılıq halını pisləyir və şiddətlə qınadıqları bildirilib. 

İdarədən daxil olan məlumatda deyilir ki, bir təhsil müəssisəsinin rəhbərinə qarşı şəxsi toxunulmazlıq və digər hüquqi prinsiplərin kobud şəkildə pozulması ilə müşahidə olunan fiziki zor tətbiq edilməsi və bədən xəsarətləri yetirilməsi ölkəmizin təhsil ictimaiyyəti tərəfindən hiddətlə qarşılanır.

Xatırladaq ki, Noyabrın 20-də 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyevə ağır xəsarətlər yetirilib. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. 

Bakucity.az

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəb direktoru Tural Mirzəliyev
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər