Təhsil naziri də məktəb direktorunun döyülməsinə münasibət bildirdi

Təhsil naziri də məktəb direktorunun döyülməsinə münasibət bildirdi, Javid

"Biz müdaxilə etmək istəməzdik"

Bakucity.az xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramov 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyevun fiziki təzyiqə məruz qalmasına münasibət bildirib. 

Mətbuat konfransında nazir bildirib ki, müəllimə və məktəb rəhbərinə qarşı belə hərəkətlərin edilməsi qəbuledilməz bir haldır: "Azərbaycan cəmiyyətində müəllimə həmişə böyük hörmət və rəğbət edilib. Müəllimlər cəmiyyətdə ən hörmətli adamlardandır".

Nazir qeyd edib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanları məşğul olurlar: "Biz müdaxilə etmək istəməzdik". Report-un məlumatında bildirilir. 

Bakucity.az

Təhsil naziri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər