Bakıda yenə marşrut avtobusu qəzaya uğrayıb.
Bakucity.az-ın məlumatına görə, hadisə aeroport yolunun Xəzər rayonu ərazisindən keçən hissəsində baş verib.
Binə qəsəbəsindən hava limanı istiqamətində 136 saylı xətt marşrutu üzrə hərəkətdə olan "Daewoo" markalı avtobusla eyni istiqamətdə olan "Opel" markalı minik avtomobili toqquşub.
Hadisə nəticəsində avtobusun sərnişinləri-Mirzəcanova Nigar, qadının 2 yaşlı oğlu Mirzəcanlı Ayaz və "Opel" markalı avtomobildə olan Haşımova Aydan bədənin müxtəlif dərəcəli xəsarətləri ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Trend məlumat verib.
Bakucity.az