Rusiyalı deputat: "Bakı dünya turizminin Məkkəsinə çevrilir"

Rusiyalı deputat: "Bakı dünya turizminin Məkkəsinə çevrilir"

"Bir dəfə Azərbaycana səfər etməklə ona vurulursan"

Bakucity.az xəbər verir ki,  Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev Moskvada keçirilən "Nəqliyyat həftəsi 2018" beynəlxalq sərgisində Azərbaycanın turizm potensialından danışıb. 

"Bakı artıq dünya turizminin Məkkəsinə çevrilir. Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri kimi mən də bu möhtəşəm, gözəl şəhərə səfər edən rusiyalıların sayının maksimum çox olmasında maraqlıyam", - o deyib. 

D.Savelyevin sözlərinə görə, Azərbaycanın gözəl güşələrində - buraya dağ-xizək kurortları və digər unikal təbii landşaftlar daxildir - olmaqla oralara vurulmamaq mümkün deyil.

"Özümdən bilirəm ki, bir dəfə Azərbaycana səfər etməklə ona vurulursan. Çox sayda rusiyalı Azərbaycanın gözəllikləri və paytaxt Bakı haqqında eşidiblər, amma əminəm ki, cəmi bir dəfə səfər etməklə onlar bu şəhərə və ölkəyə aşiq olacaqlar", - rusiyalı deputat bildirib. (Report)

Bakucity.az

Bakı turizm
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər