Bakıda polisi öldürmək istəyən şəxs həbsə göndərildi

Bakıda polisi öldürmək istəyən şəxs həbsə göndərildi, Javid

Cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

Bakucity.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Anar Mehtiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıbv və təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Mehtiyev 3 il 6 ay azadlıqdan məhrum edilib.

Bakı Şəhər Prokurorluğunun yaydığı məlumata əsasən, bu il may ayında Nəsimi rayonu ərazisində mübahisə zamanı Mehtiyev Anar  aralarında baş vermiş mübahisə zəminində Ağayev Fərhadı döyərək ağır bədən xəsarəti yetirməsi faktı ilə əlaqədar cinayət işi başlanıb.

A.Mehtiyev şübhəli şəxs qismində tutulduqdan sonra müvəqqəti saxlama yerinə aparılarkən idarənin polis nəfəri Alıyev Elnur Nurəddin oğlunun üz nahiyəsinə yumruq zərbələri vuraraq ona həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməsi faktına görə Nəsimi Rayon Prokurorluğunda cinayət işi başlanıb.

F.Ağayevə yetirilmiş xəsarətin həyat üçün təhlükəli olması nəzərə alındığından, cinayət işi kimi onun əəvvəlki cinayət işinə birləşdirilib.

Bakucity.az

Məhkəmə hökm
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər