Karate üzrə ölkə çempionatı Bakıda keçiriləcək

Karate üzrə ölkə çempionatı Bakıda keçiriləcək, Javid

Həm uşaqlar, həm də böyüklər iştirak edəcək

Bakucity.az-ın məlumatına görə, 23-25 noyabr tarixlərində Bakı İdman Sarayında yeniyetmə və gənclərin 19-cu, böyüklər arasında isə 26-cı Azərbaycan çempionatı keçiriləcək.

Gənclər və İdman nazirliyi, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyası vəkar Azərbaycan Milli Karate Federasiyasının birgə təşkil etdiyi respublika çempionatının təntənəli açılış mərasimi 24 noyabr saat 17:00-da keçiriləcək.

Çempionatda respublikanın müxtəlif bölgələrindən 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 yaşlı və 21 yaşadək gənclər, həmçinin böyüklər iştirak edəcək.

Bakucity.az

Karate
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər