O, Bakı şəhər prokuroru, ədliyyə naziri vəzifələrində çalışıb
Bakucity.az xəbər verir ki, Azərbaycanın sabiq ədliyyə naziri Nəriman Yusifov uzun sürən xəstəlikdən sonra 92 yaşında vəfat edib.
Nəriman Həbib oğlu Yusifov Vedibasar mahalının Böyük Vedi kəndində doğulub. Bakıda ali hüquq təhsili alıb. Müxtəlif vəzifələrdə çalışıb. 1966-78-ci illərdə 12 il Moskvada, Kremldə SSRİ Ali Soveti Rəyasət Heyətinin aparatında məsul vəzifələrdə işləyib.
Nəriman Yusifov Moskvada çalışdığı illərə dair “12 il Moskvada – Kremldə” adlı kitab yazıb. Kitabda müəllif Mikoyan, Şevardnadze, Voroşilov, Georqadze, marşal Budyonnı, Kosıgin, Rudenko ilə bağlı xatirələrini qeyd edib.
Azərbaycana döndükdən sonra Bakı şəhər prokuroru, ədliyyə naziri vəzifələrində çalışıb. Musavat.com-un məlumatında deyilir.
Allah rəhmət eləsin!