Paytaxtda daha bir avtobus qəzası - 7 nəfər yaralandı

Paytaxtda daha bir avtobus qəzası - 7 nəfər yaralandı, Javid

Hadisə Zabrat qəsəbəsində qeydə alınıb

Bakucity.az xəbər verir ki, Elçin Quliyevin idarə etdiyi "Saipa" markalı avtomobil, 168 saylı xətt üzrə fəaliyyət göstərən "İsuzu" markalı marşrut avtobusu ilə toqquşub.

Qəza nəticəsində marşrutun sürücüsü və avtobusda olan sərnişinlər xəsarət alıblar. Yaralananlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən araşdırma aparılır. Məlumatı open.az yayıb.

Bakucity.az

Sərnişin avtobusu qəza
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər