Məşhur Bakı bankı adını dəyişir - MÜRACİƏT

Məşhur Bakı bankı adını dəyişir - MÜRACİƏT, Javid

“Bank Silk Vey” ASC müştərilərinə müraciət edib

Bakucity.az xəbər verir ki, sabahdan etibarən “Bank Silk Vey”in adı dəyişdirilərək "Premium Bank" ASC olacaq. Bu barədə bankın müştərilərə müraciətində qeyd olunub. 

Xatırladaq ki, "Bank Silk Vey" 2008-ci ildə yaradılıb, 1993-cü ildən fəaliyyət göstərən "Azal Bank"ın hüquqi varisidir. Bankın səhmlərinin 84,5%-i Zərifə Həmzəyevaya, 15,2%-i daxil olduğu “Silk Vey Holdinq” MMC-nin tərkibindəki “VİP Aviasiya Xidmətləri” MMC-yə, 0,3%-i isə Elçin Eldar oğlu Əhmədova (Bankın Müşahidə Şurasının sədri) məxsusdur. Məlumatı "Report" yayıb.

Bakucity.az

“Bank Silk Vey” "Premium Bank" ASC
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər