Abel Məhərrəmov hər gün BDU-ya gəlir - Başqa vəzifəsi var

Abel Məhərrəmov hər gün BDU-ya gəlir - Başqa vəzifəsi var, Javid

Keçmiş rektor universitetdə fəaliyyətini davam etdirir

Bakucity.az xəbər verir ki, mətbuatda Abel Məhərrəmovla bağlı maraqlı məlumatlar yer alıb. Belə ki, rektor vəzifəsindən azad olunan A.Məhərrəmov öz kabinetini "Üzvi kimya" kafedrasına köçürüb. Buna səbəb isə Abel Məmmədəli oğlu Məhərrəmovun 2002-ci ildən "Üzvi kimya" kafedrasının rəhbəri olmasıdır. A.Məhərrəmov hazırda bu kafedrada rəhbər kimi fəaliyyətini davam etdirir, hər gün işə çıxır, bu sahədə öz təcrübəsini tələbələrlə bölüşür. Məlumatı Unikal.org saytı yayıb.

Məsələ ilə bağlı açıqlama verən BDU-nun mətbuat katibi Pərvanə İbrahimova xəbəri təsdiqləyib. O bildirib ki, akademik Abel Məhərrəmov hazırda "Üzvi kimya" kafedrasının rəhbəri kimi BDU-da öz fəaliyyətini davam etdirir.

Qeyd edək ki, ölkə başçısı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovu tutduğu vəzifədən azad edib.

Bakucity.az

BDU Abel Məhərrəmov
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər