Bakının taksi xidmətlərində keyfiyyət niyə aşağıdır? - ARAŞDIRMA

Mütəxəssislər ən çox hansə problemlərə diqqət çəkirlər?

Bakıda çox sayda taksi xidməti mövcud olsa da, keyfiyyət bir çox hallarda müştəriləri qane etmir. Müştərilər ən çox servisin aşağı səviyyədə olmasından narazıdırlar. Bakucity.az saytı problem yarandıqda hara müraciət etməyin mümkünlüyü və bu tip daşınmanın keyfiyyətinin artırılması perspektivini araşdırıb.

Ekspert: “Şirkətlərin fəaliyyətinə heç kim nəzarət eləmir”

Nəqliyat sahəsində ekspert Azər Allahverənovun sözlərinə görə, bazarda hal-hazırda 70-dən çox şirkət çalışır. Aktual problem taksi xidmətlərinə nəzarətin olmamasıdır: 

“Məlum deyil ki, nəyə görə müxtəlif şirkətlər eyni məsafəyə istədikləri qiyməti təyin edə bilirlər. Heç kim bu şirkətlərin fəaliyyətinə nəzarət etmir. Onlar qeydiyatdan keçirlər, icazə alırlar, sonrakı işlərini isə hansısa qurum izləmir. Bir qayda olaraq, dispetçer xidməti sürücülərin işinə cavabdehlik daşımır. Buna görə də, istehlakçılar hansısa şirkətlə problem yarananda hara müraciət edəcəklərini bilmirlər”, - deyə Azər Allahverənov bildirir.

Allahverənovun dediyinə görə, hazırda Bakı Nəqliyyat Agentliyi və digər müfaviq qurumlar belə şirkətlərin fəaliyyətini izləməyə imkan verən ideyalar üzərində çalışırlar. Gediş üçün vahid tarif məsələsi də müzakirə olunmaqdadır.

Şikayətlə bağlı hara müraciət etməli?

Bakucity.az hər hansı taksi şirkəti xidmətiylə problem yarandığı halda hara müraciət etməyi aydınlaşdırmaq üçün  İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edib. Qurumdan bildiriblər ki, istənilən istehlakçı hər hansı taksi şirkətiylə bağlı şikayətini onlara bildirə bilər. Bunun üçün Dövlət xidmətinin  www.consumer.gov.az saytına daxil olub  [email protected] elektron ünvanına məktub yazmaq lazımdır. Məktubda hansı taksi şirkətindən şikayət olunduğu,   insidentin nə vaxt verdiyi, problemin mahiyyəti göstərilməlidir.

Şirkətlər arasında qiymət fərqləri

Eyni marşrutlar üzrə qiymətləri öyrənmək üçün Bakucity.az bəzi şirkətlərə zəng etməyi qərara aldı. Nərimanov metrosundan 28 may metrosuna qədər məsafəyə görə, *9898*0404 şirkətləri bizdən 2,40 manat, *8555 şirkəti isə 2,80 AZN istədi. Sonra biz “Uber”dən Nərimanov prospektindən Mərdəkan qəsəbəsinə taksi sifarişi verdik, bizdən 14,08 manat istənildi, “Taxify” isə eyni marşrut üçün 13,71 manat təyin etdi. 

Taksilərdə minimal gediş haqqı üçün qiymətləndirmə cədvəli:

Taksi xidməti

Minimal gediş haqqı

“”Uber”

1,60 AZN

Taxify

1,80 AZN

*9111

2,60 AZN

*9898

0,98 AZN

*0404

 1,00AZN

*8555

 2,40 AZN

*189

1,89 AZN

Bakucity.az yerli taksi xidmətlərini keyfiyyətini aydınlaşdırmaq üçün *9111 taksi xidmətinin marketinq meneceri Kristina Yaşina ilə də əlaqə saxladı. Menecerin dediklərindən məlum oldu ki, digər xidmətlər kimi taksi şirkətlərində də zaman-zaman problemlər olur.

“Taksi xidmətinin həmişə ideal işləməsi mümkün deyil”

“Taksi xidmətinin həmişə ideal işləməsi mümkün deyil, problemlər həmişə və hər yerdə var. Məsələn, sürücünün sərnişinlə kobud davranması kimi. Taksi sürücüsünün yolu bilməməsi ilə əlaqədar problem də ola bilər”, - menecer deyir.

Yaşina qeyd edir ki, onlarda müştəri gizli nömrəylə də əlaqə saxlaya bilir. Bu, xüsusilə də qadın müştərilər üçün aktualdır. Sirr deyil ki, zərif cinsin nümayəndələri taksi sifarişi verdikdən sonra sürücülər tərəfindən nömrələrinə israrlı mesaj və zənglər edilməsi kimi hallarla dəfələrlə qarşılaşıblar. 

Şirkətlərin spesifik xidmətləri 

Bu gün “Uber”“Taxify”  Bakıda böyük populyarlıq qazanıb. Hərçənd bəzən bu şirkətlər də müştəriləri narazı salırlar. Məsələn, “Taxify” ödəniş kartla olacaqsa, sifarişi ləğv edir. Bununla belə bu şirkət sərnişindən şikayət gələrsə, zəruri tədbirlər görür. *189 xidməti də şəhərdə kifayət qədər populyardır, şirkətdə superekonom, ekonom, komfort və bisnes bölmələr var. Ən sərfəli xidmətlərdən biri də *9898 hesab olunur. *8555 əmin edir ki, onların sürücüləri 5-6 dəqiqəyə gəlib çıxırlar. *9111  müştəriyə sürücü ilə problem yaransa əlaqə saxlamaq üçün menecerin nömrəsini də təqdim edir.

Bakıda taksi şirkətlərinin perspektivi

Bakucity.az gələcək perspektivlər və taksi xidmətlərinin fəaliyyətinin yaxşılaşdırlması üçün hansı tədbirlərin görülə biləcəyini aydınlaşdırmaq üçün nəqliyat məsələri üzrə ekspert Ərşad Hüseynova müraciət edib.

Onun sözlərinə görə,  azad kommersiya sahəsi olduğuna görə dövlət taksi xidmətlərinin fəaliyyətini tənzimləyə bilməz:

“Mənim fikrimcə, taksi xidməti sürücülərinin əsas problemi yollarda intizama əməl olunmamasıdır. Onlar həmişə yol hərəkəti və saxlama qaydalarını pozurlar. Buna görə də, yol polisi taksi sürücülərinin fəaliyyətini daim nəzarətdə saxlayır. Bundan başqa, taksi şirkətlərinin fəaliyyəti ilə Bakı Nəqliyat Agentliyi, həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də məşğul olur”. – deyə ekspert fikrini tamamlayıb.

Sonda gəldiyimiz qənaət budur ki, Bakıda taksi xidməti göstərən şirkətlərin əksəriyyəti hələ keyfiyyəti xeyli qaldırmalıdırlar. Bu  gün Bakı Nəqliyat Agentliyi bu istiqamətdə ciddi dəyişikliklərə nail olmaq üçün çalışır. Bunun hansı nəticələrə gətirib çıxaracağını isə yaxın gələcəkdə görəcəyik.

Hazırladı: Züleyxa İsmayılova 

Bakucity.az

Taksi xidm
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Nazir Bakı şəhər sakinlərindən müraciət edən 28 vətəndaşla görüşüb Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov fevralın 15-də Daxili İşlər Nazirliyində polis orqanlarının fəaliyyətinə və səlahiyyətinə aid məsələlərlə əlaqədar növbəti qəbul keçirərək, Bakı şəhər sakinlərindən müraciət edən 28 vətəndaşla görüşüb. BakuCity.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, general-polkovnik V.Eyvazov onların polisin f...
Ekologiya
Fevralın 16-na gözlənilən hava şəraiti BakuCity.az sabaha olan hava proqnozunu təqdim edir. Fevralın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeronda gecə 1-4° isti, gündüz  7-10° isti, Bakıda  gecə 1-3° isti, gündüz  8-10° isti olacaq. Tibbi-meteoroloji proqnoza ə...
Cəmiyyət
Əsas yoldan istifadə etmək tövsiyə olunub Bakının Heydər Əliyev prospektinin şəhər istiqamətində olan yan yolunda təmir işləri aparılır.  BakuCity.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Qurum sürücülərdən ərazidə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətinə uyğun prospektin əsas yolundan istifadə etməyi tövsiyə edib.  BakuCity.az
Cəmiyyət
Xətai Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatları olub Xətai RİH-in başçısı Rafiq Quliyev bununla bağlı müvafiq əmrlər imzalayıb. BakuCity.az  Report-a istinadən xəbər verir ki,  rayon Təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə Rafiq İsayev təyin olunub. Həmin şöbədə baş məsləhətçi vəzifəsinə isə Mehman Tarverdiyev təyin edilib. Eyni zamanda, İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Əliağa Muradov işdən çı...
Cəmiyyət
Azərbaycanda bu şəxslərə icbari tibbi sığorta xidməti pulsuz həyata keçirilir Hazırda Azərbaycanda icbari tibbi sığorta xidməti göstərilən şəxslərin 28 faizi uşaqlardır. BakuCity.az Trend-ə istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov Bakıda keçirilən Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlar üçün 2-ci “Fərqli fərdlər” Konqresində çıxışı zamanı deyib. Ş.Eyvazov bildirib ki, y...
Mədəniyyət
Türkiyənin məşhur rok ifaçısı Bakıda ilk dəfə 14 Fevral – Sevgililər Günündə konsert verib BakuCity.az xəbər verir ki, konsertdən öncə jurnalistlərin suallarına cavab verən məşhur rok ifaçısı Teoman 14 fevralın onun üçün önəmli olmadığını deyib: “Əslində, Yeni il, Sevgililər günü və sairə kimi qeyd edilən özəl günlərin mənim üçün heç bir önəmi yoxdur.  Sadəcə dinləyicilərim üçün önəmlidir deyə bu günlərdə daha gözəl konsertlər verirəm. Bu gün də verəcəyimi...
Cəmiyyət
İntiharın qarşısı Post Patrul Xidmətinin əməkdaşları tərəfindən alınıb.  Nizami rayonunda polis əməkdaşları hündürmərtəbəli binadan özlərini atmaqla intihar etməyə cəhd göstərən şəxsləri xilas edib.  BakuCity.az APA-ya istinadən xəbər verir ki, Q.Qarayev prospektində dələduzluğa məruz qalmalarına etiraz əlaməti olaraq intihara cəhd etmək istəyən şəxslər ərazidə xidmət aparan Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşlarının müdaxiləsi ilə...
Kriminal
Bakıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb Pirallahı RPŞ Cinayət Axtarış Bölməsi əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb. BakuCity.az xəbər verir ki, bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya məlumat verilib. Əməliyyat zamanı saxlanılan, əvvəllər CM-nin 177-ci maddəsi ilə məh...
Mədəniyyət
Stilist Vadim Qalaqanov yaxın vaxtlarda dövri mətbuatda da işləyəcək Rusiyanın Bakı əsilli populyar ulduz stilisti Vadim Qalaqanov Rusiyada yeni "Elle Man" nəşrinə rəhbərlik edəcək. BakuCity.az "Sputnik"ə istinadən xəbər verir ki, Nəşr ayda bir dəfə dərc olunan "GQ" jurnalına rəqib olacaq. Stilist Sputnik Azərbaycan-a bildirib ki, bu layihənin təsisçisi məşhur rəssam və jurnalist Aleksandr Şurenkovdur. Jurnal ayda iki və ya dörd dəfə dərc olunacaq. Jurnalı...