“Bank Silk Vey”-in adının nəyə görə dəyişdirildiyi məlum oldu

“Bank Silk Vey”-in adının nəyə görə dəyişdirildiyi məlum oldu, Javid

Bank bu barədə məlumat yayıb. 

Bakucity.az banka istinadən xəbər verir ki, “Bank Silk Vey” Açıq Səhmdar Cəmiyyəti artıq “Premium Bank” Açıq Səhmdar Cəmiyyəti adı altında fəaliyyətini davam etdirəcək.

Bankın Müşahidə Şurasının sədri Elçin Əhmədov bankın adının nəyə görə dəyişdirilməsinə aydınlıq gətirib. O, bildirib ki,  “Bank Silk Vey” ASC-nin bu addımı da onun daim inkişafda olmasının bariz nümunəsidir: “Uzun müddət fəaliyyət istiqamətinin bilavasitə nəqliyyat sektoruna yönəlməsinə baxmayaraq, bankımız son illərdə təqdirəlayiq xidmət və yeni məhsulları ilə geniş müştəri kütləsinin ürəyini fəth edib, “Bizimlə Güvənlidir” şüarı altında özünəməxsus yerini qazanıb. Bütün bu hallar da sağlam və işgüzar komanda ilə çalışan Bank rəhbərliyinin özünə olan inamını artırıb, Bankın dünya bankları, maliyyə sektorları sıralarında yeni ad altında addımlamasına və əməkdaşlığını davam etdirməsinə təkan verib. Biz əminik ki, yeni adımız xidmət və rentabellik səviyyəmizin inkişafına, çoxşaxəli partnyorluq əlaqələrinin qurulmasına, işgüzar nüfuzumuzun artırılmasına, maliyyə potensialımızın güclənməsinə öz töhfəsini verəcək və bizim müştərilərimizə “Bizimlə daha da Güvənli” olacaq”.

Məlumatda bildirilib ki, bankın adının dəyişməsi onu müştərilər, əməkdaşlıq etdiyi tərəflər qarşısında yaranmış hüquq və öhdəliklərdən azad etmir, istifadədə olan kart məhsullarının xidmətini dayandırmır və bankın rekvizitləri (VÖEN, SWIFT kod, müxbir hesab, ünvan, əlaqə nömrələri və sair) dəyişməz olaraq saxlanılır.

Bakucity.az

“Bank Silk Vey” “Premium Bank”
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər