Bakıda sərxoş kişi tanışının qulağını kəsdi

Bakıda sərxoş kişi tanışının qulağını kəsdi, Javid

Onun 7 il 6 ay azadlıqdan məhrum edilməsi istənilir

Bakı Ağır Cinayətlər Məhkəməsində tanışına xəsarət yetirməkdə təqsirləndirilən İbrahim İbrahimlinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Trend-in məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı İ.İbrahimlinin 7 il 6 ay azadlıqdan məhrum edilməsini tələb edib.

Proses davam edir.

İttihama görə, bu il iyunun 10-da Badamdar qəsəbəsində yerləşən kafelərin birində spirtli içki qəbul edən İ.İbrahimli Şahin Əliyevlə mübahisə edib və şüşə qırığı ilə onun qulağını kəsib. Hadisəni törədən İ.İbrahimli həbs edilib.

Bakucity.az

Kriminal Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər