Ayxan Abbasov "Zirə"yə qarşı: "Onlarla heç bir prinsipim yoxdur"

Ayxan Abbasov "Zirə"yə qarşı: "Onlarla heç bir prinsipim yoxdur", Javid

"Digər komandalara necə, "Zirə"yə də elə yanaşıram"

"Bir həftədən çoxdur "Sumqayıt"dayam. Qarşıdakı matça hazırlaşırıq. Əsas məqsədimiz komandanın psixoloji durumunu düzəltməkdir. Son məğlubiyyətlər futbolçulara istər-istəməz pis təsir edib. Amma məşqlər bizə ümid verir. İnanırıq ki, vəziyyətdən çıxacağıq".

Bu sözləri Qol.az-a açıqlamasında "Sumqayıt"ın yeni baş məşqçisi Ayxan Abbasov deyib. Bu komandanın sükanı arxasında ilk oyununu noyabrın 25-də sabiq klubu "Zirə"yə qarşı keçirəcək gənc mütəxəssis qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb. O, hazırda çempionatda heç bir rəqibə fərq qoymadığını bildirib:

"Çempionata "Zirə" ilə başlamışdım. Kimsə mənə desəydi ki, bir neçə turdan sonra başqa klubun sükanı arxasında "Zirə"yə qarşı olacaqsan, inanmazdım. Amma bu, futbol, məşqçilik karyerasıdır. "Zirə" ilə yaxşı günlərimiz olub. İndi də bu klubda çalışanlarla münasibətim var. Onlara qarşı heç bir prinsipim, narazılığım yoxdur. "Zirə" və digərləri bizim rəqiblərimizdir. Ona görə də onlar arasında heç bir fərq qoymuram. Digər komandalara necə, "Zirə"yə də elə yanaşıram. Qarşıdakı oyunda da futbolçularımızdan yaxşı mübarizə istəyirəm".

Bakucity.az

Zirə FK
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər