Direktor onu ziyarət edənlərə təşəkkür edib
Bakucity.azxəbər verir ki, noyabrın 20-də aktyor Rza Rzayev Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevi döyərək ona ağır bədən xəsarətləri yetirib.
Təhsil Nazirliyi açıqlamasında direktora qarşı baş vermiş fiziki zorakılıq halını pislədiyini və şiddətlə qınadığını, nazir Ceyhun Bayramovun məsələni bilavasitə diqqət mərkəzində saxladığını bildirib.
R. Rzayev isə hadisənin söyüşə görə baş verdiyini, elə də böyük dava olmadığını söyləyib.
Dünən gənc müəllim Həbib Əlizadə 3 saylı Şəhər Klinik Xəstəxanasında müalicə alan direktora baş çəkərək oradan canlı yayım edib.
Tural Mirzəliyev hadisə barədə danışmadan onu dəstəkləyən, xəstəxanada ziyarət edən insanlara təşəkkür edib. Məlumatı Qafqazinfo.az yayıb.