Sürüşən Bayıl yamacında son vəziyyət: sakinlər odun daşıyır

Sürüşən Bayıl yamacında son vəziyyət: sakinlər odun daşıyır, Javid

Nazirlər Kabineti hələlik sakinlərə məlumat verməyib

Bakucity.az xəbər verir ki, Bayıl yamacında “Teleqüllə” ətrafındakı sürüşmə zonasında yaşayan sakinlər, çətin vəziyyətdədir. Bu barədə  məlumat verən sakinlər bildiriblər ki, hələ də onların taleyi ilə bağlı yekun qərar verilməyib.  98 ailəyə kirayə pulunun ödənməsi üçün müəyyənləşdirilmiş 11 aylıq müddətin başa çatmasına az qalsa da, Nazirlər Kabineti hələ  də bu ailələrin birdəfəlik köçürülüb-köçürülməməsi ilə bağlı qərar verməyib. Sakinlər bildirirlər ki, kirayə mənzildə qalmaqdan imtina edənlər, artıq evlərində soyuqdan qorunmaq üçün odun tədarükü görürlər.

Yada salaq ki, Bayıl ərazisində “Teleqüllə” yaxınlığında olan sürüşmə səbəbindən ərazidə məskunlaşan 98 ailə bu ilin yanvar ayından etibarən 11 aylıq müddətə kirayə mənzillərə köçürülüb. Yuxarıda da qeyd olunduğu kimi, həmin ailələrin əksəriyyəti öz evlərinə qayıdıblar. Sakinlər bildirirlər ki, verilən kirayə pulu az olduğu üçün Bayıl ərazisində ev tapa bilmirlər. Ona görə də məcbur qalıb, öz evlərinə geri dönüblər. Kirayə pulunun məbləğinə gəlincə isə qeyd edək ki, normativlərə uyğun olaraq ailə tərkibi 1-5 nəfər arası olanlara 200 manat, 6-7 nəfər olana 250 manat, 8-dən çox olanda 300 manat müəyyən olunub. O əraziyə işıq, qaz və digər kommunal xidmətlər müvəqqəti dayandırılıb. Xəbəri musavat.com yayıb. 

Bakucity.az

Bayıl sürüşmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər