Bu gün EKSPO-2025-in Bakıda keçirilib-keçirilməyəcəyi müəyyənləşəcək

Bu gün EKSPO-2025-in Bakıda keçirilib-keçirilməyəcəyi müəyyənləşəcək

Səsvermə ilə sərginin təşkil olunacağı şəhər seçiləcək

Bakucity.az xəbər verir ki, bu gün Fransanın paytaxtı Paris şəhərində Beynəlxalq Sərgi Bürosunun Baş Assambleyasının 164-cü sessiyasında keçiriləcək səsvermə zamanı EKSPO-2025 Ümumdünya Sərgisinin təşkil olunacağı şəhər seçiləcək.

EKSPO-2025-in keçirilmə hüququna namizədlər arasında Bakı, Yekaterinburq (Rusiya) və Osaka (Yaponiya) şəhərləri var. Report-un məlumatında deyilir. 

EKSPO 170-dən çox ölkənin iştirakı ilə keçirilən ən böyük beynəlxalq sərgidir. Bu ölkələr hər beş ildən bir elm, texnika, memarlıq və incəsənət sahəsində əldə etdikləri ən yaxşı nailiyyətlərini nümayiş etdirirlər.

Bakucity.az

EKSPO-2025
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər