Bakıda Polşa Kino Festivalının açılışı oldu

Bakıda Polşa Kino Festivalının açılışı oldu

Festivalda nümayiş olunacaq filmər bunlardır

Bakucity.az xəbər verir ki, açılış mərasimində çıxış edən Polşanın Azərbaycandakı səfiri Marek Tsalka festivalın Bakıda üçüncü dəfə keçirildiyini bildirib. Səfir, Polşanın bu il müstəqilliyinin bərpasının 100 illiyini qeyd etdiyini və festivalda bu mövzuda filmlərin nümayiş olunacağını da vurğulayıb.

Açılış "Varşava döyüşü. 1920" filmi ilə açılıb və noyabrın 28-dək "Ədalətli", "Şəhər 44", "Sevgi vergisi" "80 milyon", "Çərçivəni aşaraq", "Gecə söhbətləri" filimləri ilə davam edəcək. Report-un məlumatında deyilir.

Filmlərin saat 19:00-da "Rotunda Jazz Hall"da nümayiş olunacaq, giriş pulsuzdur.

Bakucity.az

Bakıda Polşa Kino Festivalı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər