Bakıda sürücü avtobus sürür, pul sayır, telefonla danışır... - Video

Bakıda sürücü avtobus sürür, pul sayır, telefonla danışır... - Video, Javid

Pul sayır, telefonla danışır, həm də avtobus sürür...

Bakucity.az xəbər verir ki, sosial şəbəkələrdə 133 nömrəli avtobusu idarə edən sürücünün qaydalara zidd olaraq sükan arxasında pul sayıb, telefonla danışması ilə bağlı görüntü paylaşılıb. 

Üstəlik avtobus dolu olduğu üçün qapıları açıq vəziyyətdə hərəkət edib. 

Məsələylə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, bu, narahatlıq yaradan məsələdir və dərhal tədbir görülməsi ilə bağlı daşıyıcıya xəbərdarlıq ediləcək:

“Bu sürücüləri BNA işə götürmür və biz ona maaş vermirik. Bütün bunları daşıyıcı edir. Və bu videoda olan məsələyə görə DYP sürücünü cərimələməlidir”. Məlumatı qafqazinfo.az yayıb. 

Bakucity.az

BNA
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər