BDU-nun tələbəsi itkin düşüb - FOTO

BDU-nun tələbəsi itkin düşüb - FOTO, Javid

Jurnalistika fakültəsinin üçüncü kurs tələbəsi itkin düşüb

Bakucity.az xəbər verir ki, bu barədə tələbənin bibisi İsmayılova Qumru məlumat verib.

O bildirib k, Rusiya vətəndaşı, 1998-ci il təvəllüdlü Ayza Şahin qızı Məmmədovadan 22 noyabr səhər saat 08:00-dan sonra xəbər ala bilməyib:

"Dünən Ayzanı universitetə yola salmışam. Bakı Dövlət Universitetinə getmək adı ilə evdən çıxıb. Həmişə saat 3-4 arası evdə olurdu. Axşam saat 06:00-a qədər gözlədim, gəlmədi. Sonra baxdım ki, evdə bəzi əşyaları - kompüteri, kosmetika əşyaları yoxdur.

Mən də yoldaşımla polisə müraciət etdim. Xəbər aldıq ki, bu adla Rusiyaya bilet alınıb. Atası, anası orada yaşayır. Qardaşımla əlaqə saxladım, onların da yanında deyil. Onlar da Rusiyada axtarışa veriblər. Xahiş edirəm, kömək edin”.

BDU-dan verilən məlumata görə, Ayza Məmmədova dərsdə iştirak etməyib və dərsdə iştirak etmədiyinə dair jurnalda adının qarşısına "q” yazılıb. Məlumatı Oxu.az yayıb. 

BDU-nun tələbəsi itkin düşüb - FOTO, fotoşəkil-1

Bakucity.az

İtkin BDU
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər